Yığmamızın rəqibi: 1 qələbə, 1 heç-heçə
09.12.2011 - 09:51
Yığmamızın rəqibi: 1 qələbə, 1 heç-heçə
Futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Ukrayna yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, dekabrın 18-də millimizlə Bakıda görüşəcək ukraynalılar Qazaxıstan yığmasını sınağa çəkiblər. Ardıcıl 2 günə 2 dəfə üz-üzə gələn rəqiblərin oyunlarında Ukrayna üstün olub. Rəqibimiz əvvəl 1:0 hesabı ilə qalib gəlib, sonra isə 2:2-lik bərabərliklə kifayətlənib.