Azərbaycan çempionatının bürünc mükafatçısı qovuldu
09.12.2011 - 10:39
Azərbaycan çempionatının bürünc mükafatçısı qovuldu
Azərbaycan milli komandasının futzalçıları Serjao və Biro Jadenin çıxış etdiyi Ukraynanın “Uraqan” klubu heyətdə islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, İvano-Frankovsk təmsilçisi son vaxtlar düçar olduğu uğursuzluqlar üzündən braziliyalılarından birini qovmağa qərar verib. Bu, yığmamızın milliləşən cənubi amerikalılar yox, onların həmyerlisi Mukadodur. Bu futzalçı da vaxtilə ölkəmizdə çıxış edib. O, 2004-cü ildə “Turan AİR”də, 2009/10 mövsümündə “Ekol”da çıxış edib və sonuncuların heyətində Azərbaycan çempionatının bürünc mükafatını qazanıb.