“Xəzər-Lənkəran” - “Qarabağ” duelləri haqda hər şey - STATİSTİKA
09.12.2011 - 11:47
“Qarabağ” sabah Premyer Liqanın XVI turunda “Xəzər-Lənkəran”la qarşılaşacaq. Apasport.az-ın Ağdam təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, Lənkəran şəhər stadionunda baş tutacaq görüş tərəflərin çempionatda sayca 20-ci qarşılaşması olacaq. Daha 2 görüşün də kubok çərçivəsində baş tutduğunu nəzərə alsaq, bu matç 22-ci dueldir.
Bu komandalar arasında ilk oyun 2004/2005 mövsümünə təsadüf edir. Həmin vaxt baş tutmuş görüşdə Samir Musayevin dublu və Vadim Vasiliyevin möhtəşəm qoluna “Xəzər Lənkəran” yalnız Samir Əliyevin təsəlli qolu ilə cavab verə bilib - 3:1. Əvəzində “Qarabağ” üçün çempionluq yolunda çox vacib cavab qarşılaşmasında Lənkəran təmsilçisi qalib gəldi - 0:3.
2005/2006 mövsümündə də komandalar hərəyə üç xal qazanıblar. İlk dövrədə “Şəfa” stadionunda keçirilən ev matçında 2:1 hesabı ilə qələbə qazanan “Qarabağ” cavab qarşılaşmasında 2:0 hesabı ilə məğlub olub.
2006/2007 mövsümündə rəqiblərdən sevinən tərəf cənub təmsilçisi olur. Uyğun olaraq 2:0 və 4:1.
2007/2008 mövsümündə isə komandalar eyni nəticəni göstərib. Səfərdə 2:0 hesabıyla məğlub olan “Qarabağ” (Elmar Baxşıyev və Juninyo) doğma meydanda cənublulara eyni aqibəti yaşadıb. Vaqif Cavadov və Zaur Həşimovun qolları komandaya qələbə gətirib.
2008/2009. İlk oyun Lənkəranda baş tutub. Vaqif Cavadov, Zaur Ramazanov və Sedat Saininin vurduğu qollara sadəcə Mario Souza uzatma dəqiqələrində cavab verə bilib. Bu, həmçinin “Qarabağ”ın Lənkəranda ilk qələbəsi olub. Cavab görüşü isə komandanın Quzanlıda qazandığı ilk 3 xal kimi tarixə düşüb. Artim Şakirinin sona yaxın vurduğu qol ağdamlıların cənublular üzərində ardıcıl 3-cü qələbəsini rəsmiləşdirib.
2009/2010 mövsümündə çempionatın yeni formatı ilə əlaqədar olaraq tərəflər 4 dəfə qarşılaşmalı olub. Üstəlik, kubokun 1/4 final mərhələsində klublar münasibətlərini ayırd etməli oldular. Təsnifat mərhələsində ilk dövrədə Quzanlıda baş tutan matçda Rauf Əliyev 85-ci dəqiqədə başla vurduğu qolla komandaya qələbə qazandırıb. Cavab görüşü isə qolsuz heç-heçə ilə yekunlaşıb. Bu, eyni zamanda tərəflər arasında birincilikdə keçirilən 12-ci oyunda ilk heç-heçə kimi tarixə düşüb. Final mərhələsində ilk oyun Lənkəranda baş tutub. Buna qədər 5 oyundur çempionatda cənublulara məğlub olmayan komanda 3 il sonra rəqibindən xal ala bilməyib. Kabral və Marionun qollarına Adamiya bir dəfə cavab verə bilib. Cavab görüşündə isə komanda Rəşad Sadıqov və Rauf Əliyevin vurduğu qollarla 2:1 qalib gəlib. Kubok qarşıdurmasında isə “Qarabağ” ilk görüşdə 2:1 qələbə qazansa da, cavab görüşündə 1:0 məğlub olub.
2010/2011. Heç-heçələri sevməyən tərəflər təsnifat mərhələsində bu dəfə də hərəyə bir qələbə qazanıblar. Amma adətən ev oyunlarında üstün olan komandalar bu dəfə səfərdə 3 xalı qazanıblar. Tofiq Bəhramov adına respublika stadionunda baş tutmuş görüşdə nominal ev sahibi olan komanda 1:0 hesabı ilə uduzub. Arbanasın vurduğu qol yeganə olub. Qış fasiləsinə yollanmamışdan öncə bu dəfə tərəflər 16-cı dəfə üz-üzə gəliblər. Alim Qurbanovun 1 qoluna gənc forvard dublla cavab verib.
Final mərhələsində baş tutan görüşlərdə isə kimsə qələbə qazana bilməiy. Öncə Suraxanı qəsəbə stadionunda baş tutan görüşdə qolsuz bərabərlik qeydə alınıb, cavab matçında isə Opara hesabı açsa da, son dəqiqədə İlqar Qurbanov sabiq komandasını cəzalandırıb - 1:1
2011/2012.
* İndiyə kimi tərəflərin 21 oyunu baş tutub. 19 görüş çempionatda, 2 görüş isə kubokda
* 18 görüşdə tərəflər hərəyə 8 qələbə qazanıblar.
* Heç-heçəni sevməyən tərəflərin qarşıdurmasında cəmi 3 bərabərlik qeydə alınıb ki, bunların 2-si sonuncu oyunlara təsadüf edib.
* İqor Ponomaryov və Rasim Kara hər 2 iki komandanın baş məşqçisi olub. Ponomaryovlu “Qarabağ” məhz Karanın “Xəzər Lənkaran”ına qarşı oynayıb. İlk çempionatda tərəflər hərəyə bir qələbə qazanıb.
* Rasim Karanın başçılığı altında “Qarabağ”ın rəqiblər görüşlərdə 2 məğlubiyyət, 1 qələbəsi var.
* 2008/09 mövsümündə isə “Qarabağ” bu dəfə Qurban Qurbanovun başçılığı altında Karanın çalışdırdığı “Xəzər Lənkəran”la qarşılaşıb və ilk səfər qələbəsi reallaşıb - 1:3.
*Ağasəlim Mircavadov da hər 2 komanda da baş məşqçi kimi çalışsa da, “Qarabağ”ın başındaykən “Xəzər Lənkaran”a qarşı oynamayıb.
* Tərəflərin ilk 4 duelində ev sahibləri rəqiblərinə qələbə sevinci yaşatmayıb.
* 2006/07 mövsümündə isə “Xəzər Lənkaran” Suraxanıda qələbə qazanmaqla bu seriyanı dayandırıb.
* Ən uzun qələbə seriyası isə “Qarabağ”a məxsusdur. 2008 və 2009-cu illərdə keçirilən 4 qarşılaşmada bu komanda qalib tərəf olub.
* Kubokda tərəflər hərəyə bir qələbə qazanıb. 2009/2010 mövsümündə ¼ finalda “Qarabağ” evdə 2:1 qalib gəlsə də, cənublular cavab görüşündə 1:0 hesabı ilə qələbə ilə mərhələ adlayıblar.
* Çempionatlarda “Qarabağ” rəqibinə 19 dəfə, “Xəzər-Lənkəran” isə 23 dəfə qol vurub
* Tərəflər ümumilikdə 46 qol vurublar. Yerli futbolçular 28, əcnəbilər isə 18 dəfə fərqləniblər.
* Tərəflərin duelində ilk qolu 2004/05 mövsümündə Vadim Vasilyev vurub.
* 2004-cü ilin dekabrın 12-ində baş tutmuş ilk görüşdə meydana çıxanlardan sadəcə Vüqar Nadirov indi də “Qarabağ”ın formasını geyinir. “Xəzər Lənkaran”da isə həmin oyunda tər tökmüş Alim Qurbanov 8 il sonra eyni komandanın şərəfini qoruyur.
* 20 qarşılaşmada tərəflər hərəyə 1 dəfə penaltidən vurulmuş qola seviniblər.
* Duellər tarixində ən çox qolu Samir Əliyev (“Xəzər Lənkaran”) və Rauf Əliyev (“Qarabağ”) vurub.
* Hər 2 forvardın hesabında 4 qol var. Samirdən fərqli, Rauf hazırda “Qarabağ”ın şərəfini qoruyur.
* Rauf derbidə “Qarabağ”da dubl edən yeganə futbolçudur. “Xəzər Lənkaran”da isə Samir Əliyev, Entomoa və Zaur Ramazanov bunu bacarıb.
* Zaur Ramazanov hər 2 komandanın heyətində rəqibinə qol vuran yeganə futbolçudur.
* Hazırda “Qarabağ”ın formasında çıxış edən Zaur Həşimov, Vüqar Nadirov, İlqar Qurbanov, “Xəzər Lənkaran”da isə Elnur Allahverdiyev, Şəhriyar Xəlilov və Alim Qurbanov əks düşərgədə forma geyinib.
* Zaur və İlqar “Qarabağ”ın heyətində sabiq komandalarını qol vuraraq məyus etməyi bacarıblar.
* Tərəflər arasında baş tutan son 5 oyunda ev sahibləri qələbə qazana bilməyiblər. “Xəzər Lənkaran” 2 dəfə, “Qarabağ” bir dəfə qonaq kimi qələbə qazanıb. 2 görüşdə sülh qeydə alınıb.
* “Qarabağ”ın ən çətin səfərlərdən sayılan Lənkəranda son 2 oyunda məğlub olmayıb: qələbə və heç-heçə
* “Qarabağ”ın bu rəqibinə qarşı səfərdə qol vurmaq ənənənəsi var. Lənkəran şəhər stadionunda baş tutmuş son 5 oyunun 4-də onlar qol sevinci yaşayıb.
“Qarabağ” – “Xəzər-Lənkəran” duellərində bütün oyunlar və qollar
2004/05
Ev: 3:1 (Vadim Vasilyev, 16. Samir Abasov, 18. Samir Musayev, 51 – Samir Əliyev, 21)
səfər: 0:3 (Samir Əliyev 34, 43. Rəşad Abdullayev, 74)
2005/06
Ev: 2:1 (Müşfiq Hüseynov, 4. Samir Musayev, 29 p. – Samir Əliyev, 64)
Səfər: 0:2 (Alim Qurbanov, 54. Robert İlyeş, 73)
2006/07
Ev: 1:4 (Kənan Kərimov, 25 - Zaur Ramazanov, 29, 38. Edmond Entomoa, 42, 68)
Səfər: 0:2 (Rəşad Abdullayev, 60. Xorxe Diaz, 80)
2007/08
Ev: 2:0 (Vaqif Cavadov, 6. Zaur Həşimov, 19)
Səfər: 0:2 (Elmar Baxşiyev, 36. Juninyo, 61)
2008/09
Ev: 1:0 (Artim Şakiri, 85)
Səfər: 3:1 (Vaqif Cavadov, 54. Zaur Ramazanov, 68. Sedat Saini, 81 - Mario Souza, 90+3)
2009/10
Ev: 1:0 (Rauf Əliyev, 86)
Səfər: 0:0
Ev: 2:1 (Rəşad Sadıqov, 23. Rauf Əliyev, 35 - Mario Souza, 65) (Final mərhələsi)
Səfər: 1:2 (Georgi Adamiya, 62 - Svetkov, 45 p. Mario Souza, 54) (Final mərhələsi)
2009/10 (k)
Ev: 2:1 (Rəşad Sadıqov, 59. Admir Teli, 90+3 – Opara, 20)
Səfər: 0:1 (Kabral, 15)
2010/11
Ev: 0:1 (Arbanas, 66)
Səfər: 2:1 (Rauf Əliyev 4, 75 – Alim Qurbanov,11)
Ev: 0:0 (Final mərhələsi)
Səfər: 1:1 (İlqar Qurbanov,90+1-Opara,16)(Final mərhələsi)
2011/12
Ev: 0:1 (Adrian Pit, 39)
Səfər -

0
0