Berti Foqts tarixi meyara çevrilib
09.12.2011 - 12:59
Berti Foqts tarixi meyara çevrilib
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts tarixi meyara çevrilir. Apasport.az saytının məlumatına görə, Almaniya yığmasına sonuncu dəfə 1996-cı ildə Avropa çempionluğu qazandıran mütəxəssisi əfsanə kimi qəbul edən həmyerliləri bundan tarix kimi yararlanır.

Məsələ ondadır ki, hələ keçmiş zamanlarda təqvim anlayışı zəif olan yerlərdə müxtəlif tarixi meyarlardan istifadə edirdilər. Məsələn, filankəs filan hadisə olan ildə anadan olub. Artıq Foqtsun adından da bu yöndə istifadə edirlər.

Düsseldorf “Fortuna”sı haqda düşünən almaniyalılar artıq komandanın uğurlarını belə xatırlayır: “Fortuna” sonuncu dəfə Bundesliqada oynayanda, hələ Berti Foqts Bundestimdə çalışırdı, hələ Helmut Kol kansler idi”.