1 nəfəsə 3 addım
09.12.2011 - 13:10
1 nəfəsə 3 addım
Premyer Liqanın XVI turu “Kəpəz” klubunun ölkə çempionatlarında yubiley qolu ilə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, indiyədək çempionatda 797 qol vuran Gəncə təmsilçisi yubileyin 3 addımlığındadır.

Qərblilər bunun üçün Premyer Liqanın debütantı və autsayderi “Sumqayıt Şəhər”ə 3 qol vurmalıdır. Azərbaycanın ən məhsuldar klubu adına da iddia edən “Kəpəz”in həm tarixi boyu, həm də cari mövsüm məhsuldarlığı ilə seçildiyini nəzərə alsaq, 3 addımlıq məsafənin 1 nəfəsə qət olunması mümkün görünür.

Düzdür, 1000-ə 3 addımı qaldıqdan sonra yubileyini gündəmə gətirdiyimiz “Neftçi” bu 3 qolu 3 oyuna vurdu. Bakılılar yalnız ötən turun “Simurq”la matçında Araz Abdullayevin qolu sayəsində yubileyə imza atdı. “Kəpəz”in isə buna daha tez çatmasına rəqibin münasibliyi imkan verə bilər.

Qeyd edək ki, “Neftçi”, “Qarabağ” və “Turan”la müqayisədə bütün çempionatların deyil, 4 turnir az çıxış edən “Kəpəz” qol sayında yalnız “ağ-qaralar”dan geri qalır. Bu da onların orta məhsuldarlığının kifayət qədər yüksək olması ilə bağlıdır.

Mövsüm Hansı adlaMərhələoyunVurulan top* Buraxılan top* +:--:+Vurub** Buraxıb**
1992Kəpəz (Gəncə) 3688284 7628
1993Kəpəz (Gəncə)1-ci mərhələ1848134 3613
1993Kəpəz (Gəncə)pley-off203 100
1993/94Kəpəz (Gəncə) 308028217425
1994/95Kəpəz (Gəncə) 2471193 6219
1995/96Kəpəz (Gəncə)1-ci mərhələ207420  7420
1995/96Kəpəz (Gəncə)final mərhələsi 10109  109
1996/97Kəpəz (Gəncə) 3059261 5626
1997/98Kəpəz (Gəncə) 2667102 6110
1998/99Kəpəz (Gəncə)1-ci mərhələ2677171 7417
1998/99Kəpəz (Gəncə)final mərhələsi 10177  177
1999/2000Kəpəz (Gəncə) 224624 14621
2000/01Kəpəz (Gəncə) 2034292 2829
2001/02Kəpəz (Gəncə)1-ci mərhələ223931  3931
2001/02Kəpəz (Gəncə)final mərhələsi444  44
2003/04Kəpəz (Gəncə) 262245111942
2004/05Gəncə 3437371 3437
2005/06Gəncə 263546  3546
2010/11Gəncə 323337  3337
2011/12Kəpəz (Gəncə) 151924  1924
CƏMİ  433860457214797445


* - texniki məğlubiyyət cədvəldə nəzərə alınmayıb.