“Neftçi”nin 15-ci “qvardiya”çısı
09.12.2011 - 14:15
Həftəsonu AZAL-ı qəbul edəcək “Neftçi”nin futbolçusu Ruslan Abışov klubunun heyətində yubiley – 100-cü matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, bununla da müdafiəçi komandasının tarixində ən azı 100 həddinə çatan 15-ci oyunçu olacaq.
1992-ci ildə start götürən Azərbaycan çempionatları tarixində indiyədək 14 futbolçu “ağ-qara” formada 100-dən artıq oyun keçirib. Ruslan cari mövsüm adını bu siyahıya daxil etdirən 2-ci futbolçu olacaq. Belə ki, digər müdafiəçi Rail Məlikov da yubileyini cari mövsüm qeyd edib.
Qeyd edək ki, “Neftçi”nin indiki heyətində yalnız bu 2 futbolçu komandada bu qədər oyun keçirib. Ümumilikdə isə klub rekordu İqor Getmana məxsusdur.
VÜQAR XEYRULLAYEV

1 | İqor Getman | 182 |
---|---|---|
2 | Bəxtiyar Musayev | 171 |
3 | Arif Əsədov | 142 |
4-5 | Yunis Hüseynov | 135 |
Elxan Həsənov | 135 | |
6 | Samir Ələkbərov | 133 |
7 | Rəşad Sadıqov | 125 |
8 | Zaur Tağızadə | 111 |
9 | Kamal Quliyev | 109 |
10 | Zaur İsmayılov | 104 |
11-12 | Rail Məlikov | 103 |
Mais Əzimov | 103 | |
13-14 | Yaşar Vahabzadə | 102 |
Samir Əliyev | 102 |
VÜQAR XEYRULLAYEV
0
0