“Bakı”nın çıxışını qeyri - sabit dəyərləndirmək düzgün olmazdı“
09.12.2011 - 14:47
“Rəvan” güclü komandadadır. Bu rəqiblə görüşümüz əvvəlki kimi, yenə çətin keçəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun hücumçusu Jaba deyib.
Sabah Premyer Liqanın XVI turu çərçivəsində “Rəvan”ın qonağı olacaq “zolaqlılar” qələbə qazanmaq istəyir. Ölkə kubokunun 1/8 final mərhələsində debütantı mübarizədən oyun sonrası penaltilərlə kənarlaşdıran paytaxtın eyniadlı təmsilçisi I dövrədə keçirilən matçda da 3 xal qazanmışdı. Bir sözlə, “Bakı” “Rəvan” üzərindəki uğurlu seriyanı davam etdirmək niyyətindədir. Ancaq braziliyalı forvard bunun çətin olacağını qeyd edib: “Əvvəlki oyunla müqayisədə artıq qarşımızda daha güclü “Rəvan” var. Ona görə də komanda tam konsentrasiya olmalı, 3 xal qazanmalıyıq”.
Əvvəllər əvəzedici heyətə göndərilən Jaba hazırda əsas komandanın düşərgəsində olsa da, baş məşqçi Aleksandr Starkov ona hələ də tam güvənmir. Bu səbəbdən braziliyalı legioner oyuna sonradan qoşulur. Lakin Jaba özünü 90 dəqiqə oynamağa tam hazır sayır: “3 ildir burdayam. Düzdür, yeni futbolçular cəlb edilib, amma komandanın oyununa bələdəm. Formamı bərpa etdiyimi düşünürəm”.
Jaba kubok matçından sonra AZAL-a uduzmalarını komandanın qeyri-sabit çıxış etməsi kimi dəyərləndirilməsinin əleyhinədir. Onun sözlərinə görə, zədələr və yorğunluq son görüşdə “Bakı”ya mane olub: “Rəvan”la 90 deyil, 120 dəqiqə oynadıq. Uşaqlarda yorğunluq var idi. Üstəlik, heyətimizdə zədəli futbolçuların olması işimizi axsatdı. Buna görə çıxışımızı qeyri-sabit dəyərləndirmək düzgün olmazdı. Biz qələbə qazanmaq istəyirik. Heç-heçə olsa, bizdən irəlidə olan rəqiblərimiz qələbə qazanıb, fərqi artıracaq. Eyni zamanda, turnir cədvəlinin aşağı pillələrində yer alan komandaların bizi keçmək şansları yaranır. Bir sözlə, qələbə vacibdir. Əks təqdirdə, yerimizi itirə bilərik”.

0
0