“Xəzər Lənkəran” rəhbərliyi azarkeşlərlə görüşəcək
09.12.2011 - 14:51
“Xəzər Lənkəran” rəhbərliyi azarkeşlərlə görüşməyə qərar verib. Apasport.az saytının məlumatına görə, görüş elə bu gün saat 18:00-da “Xəzər Lənkəran” Mərkəzi stadionunun mətbuat konfransın zalında keçiriləcək. Klubun vitse-prezidenti Tuyqun Nadirov və icraçı direktor Höccət Hacıyev fantlarla görüşəcək. Onlar bu görüş əsnasında komandadakı vəziyyətlə bağlı olan bütün sualları da cavablandıracaqlar.
0
0