“İllər necə keçdi, heç bilmədik”
09.12.2011 - 17:51
“Neftçi” klubunun futbolçusu Ruslan Abışovun apasport.az saytına müsahibəsi
- Premyer Liqanın XVI turunda AZAL-a qarşı oyunun sizin üçün əlamətdar olduğunu bilirsinizmi?
- Xeyr. Məşqlərdən başım ayılmır. Nə məsələdir ki?
- “Neftçi”nin heyətində 100-cü oyununuza çıxacaqsınız...
- Doğrudan? Çox sevindim. İllər necə keçdi, heç bilmədik.
- Statistika ilə maraqlanırsınız?
- Düzünü desəm, 100-cü oyunumun nə vaxt olacağı haqda fikirləşirdim. Siz dedikdən sonra bildim. İnşallah, növbəti turda 100-cü oyunuma çıxacağam. Sözsüz, bir futbolçu kimi bilmək istəyərəm ki, mən neçə görüşdə meydana çıxmışam.
- Futbolçular adətən statistika ilə maraqlanmırlar. Öz oyununa, tarixinə laqeydlik nədən irəli gəlir?
- Vallah, izah vermək çətindir. Hərənin bir təbiəti, xarakteri var. Kimdə nə maraq doğurursa, onunla maraqlanır.
- Futbolçulara neçə oyunda meydana çıxmaları maraqlı deyil?
- Əlbəttə ki, maraqlıdır. Amma nə mən, nə də digər futbolçular bir-bir oyunları saya bilmirik axı. Lakin ürəyimə dammışdı ki, yaxın gələcəkdə 100-cü oyunuma çıxacağam.
- Yubiley ərəfəsində bir qədər geriyə boylanaq. Bu 99 qarşılaşmada komanda üçün nə etmisiniz?
- Düzü, özümdən danışmaq istəmirəm. Amma fakt odur ki, 6 ildir bu komandanın formasını geyinirəm. Sözsüz, bir peşəkar futbolçu kimi yetişməyimdə “Neftçi”nin böyük əməyi var. Əvəzedici heyətdən əsas komandaya cəlb olundum və beləcə, böyük futbol oynamağa başladım.
- 6 ildə cəmi 1 dəfə çempionluq yaşamısınız. Bu, aşağı göstərici deyilmi?
- 1 çempionluqla yanaşı, 1 dəfə 2-ci, 1 dəfə isə 3-cü olmuşam. Əlbəttə ki, istərdim hər il qızıl medal qazanaq. Amma qismət ötən ilə idi. Yenə də sevinirəm ki, çempionluq mənə qismət oldu. Gələcək barədə proqnoz vermək isə mənim işim deyil.
- “Neftçi”nin heyətində ən çox oyun keçirmək arzusu varmı ürəyinizdə?
- Mənim klubla müqaviləmin müddəti yayda başa çatacaq. Artıq arzularımdan birinə çatmışam. “Neftçi” kimi bir klubla çempion olub, 100 oyun həddinə çatmışam. Amma bundan sonra başqa arzularım var ki, onları da həyata keçirmək istəyirəm. Bu, legioner həyatı yaşamaqla bağlıdır. Azərbaycan yığmasına xeyir vermək istəyirəm.
- Yəqin ki, 100-cü oyunda qazanılacaq qələbənin sizin üçün daha önəmli yeri olar...
- Razıyam. Bilirik ki, çətin oyun olacaq. AZAL son vaxtların ən çox yüksəlişdə olan komandasıdır. Bu komanda I dövrədə bizi məğlub edib. Çalışacağıq ki, həmin məğlubiyyətin əvəzini çıxaq. Fikrimcə, bizi qarşıda çempionatın ən çətin oyunlarından biri gözləyir.
- Rəqibin bu cür yüksəlişdə olması sizi çəkindirmir ki?
- Yox. AZAL elə bir rəqibdir ki, istənilən komandaya baş ağrısı ola bilər. Buna rəğmən, biz heç nədən çəkinmirik. Əvvəlki rəqiblər kimi, AZAL-ı da ciddi qəbul edir, eyni səviyyədə hazırlaşırıq.
- Belə çətin qarşılaşmalardan öncə baş məşqçi Böyükağa Hacıyevin özünəməxsus açıqlamaları olur. Buna “Xəzər Lənkəran”, “Simurq” kimi rəqiblərlə görüşlərdən öncə rast gəlmişik. Bu tip açıqlamalar, söz savaşı futbolçulara nə dərəcədə təsir göstərir?
- Böyükağa Hacıyevin işindən razı olmasının komandaya da təsiri çox böyükdür. Əgər məşqçi rahatdırsa, onun rəhbərlik etdiyi komandada rahatdır. Hacıyevin belə açıqlamaları bizə əlavə stimul verir.
- Bir neçə gün öncə 1000-ci qol məsələsinə görə də gündəmə gəlmişdiniz. Amma sonradan məlum oldu ki, “Neftçi”nin çempionatda 1000-ci qolunu siz yox, Araz Abdullayev vurub. Hətta sizi səhvən təbrik edib, hədiyyə verənlər də olmuşdu...
- Düzü, klubdan mənə heç bir mükafat verilməmişdi. Sadəcə, Quzanlıda “Qarabağ”la keçirilən oyundan sonra azarkeşlər arxasında 1000 yazılan formanı mənə hədiyyə etmişdilər. Həmin futbolka məndə xatirə kimi qalacaq. Amma əsas odur ki, “Neftçi” 1000-ci qolunu vurub.

0
0