Rodriqinyo: Sabaha ümidlə baxıram
09.12.2011 - 17:17
“Neftçi” klubunun yarımmüdafiəçisi Rodriqinyo Azərbaycana qayıdıb. Apasport.az saytının xəbərinə görə, braziliyalı futbolçu sol dizinin ön çarpaz bağının tam qopması, xarici yan bağın tam qırılması və arxa çarpaz bağın qismən qırılması diaqnozu ilə əməliyyat olunub.
Rodriqinyo bununla bağlı təəssüratlarını klubun rəsmi saytına bölüşüb: "Vətənim Braziliyada iki dəfə əməliyyat olundum. Həkimlər növbəti dəfə əməliyyat olunmağın vacibliyini və bunun yanvarın sonlarında baş tutacağını bildiriblər. Uzun müddətdir komanda yoldaşlarıma kömək edə bilmədiyim üçün məyusam. Lakin sabaha ümidlə baxıram. İnşallah, mümkün qədər tez bir zamanda yaşıl meydanlara dönəcəyəm".
Xatırladaq ki, Rodriqinyo iyulun 19-da keçirilən UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab görüşünün artıq 6-cı dəqiqəsində rəqib futbolçunun bilərəkdən kobud oyunu nəticəsində zədələnərək, meydançanı tərk etmək məcburiyyətində qalmışdı.

- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0