Avro-2014-ün final mərhələsinin keçiriləcəyi yer müəyyənləşdi
09.12.2011 - 18:52
Futzal üzrə Avro-2014-ün final mərhələsinin keçiriləcəyi yer müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA-nın İtaliyada keçirilən İcraiyyə Komitəsinin iclasında yarışın Belçikada keçirilməsi qərara alınıb.
Final mərhələsinin oyunları Antverpen şəhərində keçiriləcək. Onlar bu yarışa ev sahibliyi etmək arzusunda olan Litva və Sloveniyanı arxada qoyublar.
Qeyd edək ki, bu millimiz üçün III final mərhələsi ola bilər. Belə ki, 2010-cu ildə Macarıstanda 4-cü yer tutan yığmamız gələn il Xorvatiyada təşkil olunacaq final mərhələsində çıxış edəcək. Bundan sonra isə komandamız Belçikaya vəsiqə verəcək seçmə mərhələdə uğurlu iştirak edib, Antverpenə yollana bilər.

0
0