Həmyerlimizin Xosep Qvardiola ilə görüşəcəyi vaxt dəqiqləşdi
10.12.2011 - 00:12
Azərbaycanlı məşqçinin dünyanın ən güclü klublarından biri “Barselona”nın çalışdırıcısı Xosep Qvardiola ilə görüşəcəyi tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov səfərə çıxacağı vaxtı müəyyənləşdirib.
O, UEFA tərəfindən keçirilən “Pro” kateqoriyalı kursların iştirakçısıdır. Qaydalara əsasən həmin məşqçilər mütləq iki əcnəbi klubun düşərgəsində olmalıdırlar. Bundan öncə Almaniyanın “Borussiya” klubunda praktikada olan Qurbanov indi də “Barselona”ya gedəcək.
Səfər dekabrın 15-də başlanacaq. Gənc mütəxəssis məhz bu 1 həftə ərzində “Barselona”nın əsas heyətinin məşqlərinə qatılacaq.

- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0