Mirça Rednik üçün “Dinamo” iddiası
10.12.2011 - 00:17
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik yenidən vətəni Rumıniyada işləyə bilər. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssislə bu ölkənin əksər klubları maraqlanır.
Azərbaycan kubokunun son qalibinin adı bu ölkənin adlı-sanlı “Dinamo” (Buxarest) klubu ilə birgə çəkilir. Məlumata görə, Rednik onunla maraqlanan bütün klublardan daha çox məhz Buxarest təmsilçisini çalışdırmağa hazırdır.
Qeyd edək ki, Buxarest təmsilçisi Rednikə yad klub deyil. Veteran müdafiəçi bu klubun heyətində iki dəfə ölkə çempionu olmaqla yanaşı, məşqçi kimi də çalışıb. “Dinamo” 2006-2007-ci ildə məhz Mirça Rednikin rəhbərliyi altında ölkə çempionatının qızıl medallarını qazanıb.

0
0