Yerli hakimlər bu turun oyunlarına çıxmayacaq
10.12.2011 - 10:26
Azərbaycanda olduğu kimi Albaniyada da hakimlik böyük problemə çevrilib. Apasport.az saytının məlumatına görə, ədalət təmsilçilərini döyən “Turan”ın qəhrəmanlığını həmin ölkədə “Laçi” təkrarlayıb. Lakin bizim hakimlərdən fərqli albaniyalılar döyülən həmkarları ilə həmrəylik nümayiş etdiriblər. Belə ki, həftəsonu keçirilən ölkə çempionatın matçlarında yerli hakimlər iştirak etməyəcək. Onlar bu boykotu əzişdirilən Lorens Jemini ilə həmrəylik naminə ediblər. Qarşılaşmaları kimin idarə edəcəyi hələ məlum deyil.
Qeyd edək ki, Albaniya Futbol Federasiyası AFFA ilə müqayisədə vəhşiliyə daha sərt olub. “Laça”nın hesabından 6 xal silinib, klub mövsümün sonunadək neytral meydanda, özü də azarkeşsiz oynayacaq Qalmaqalın bütün iştirakçıları 2, futbolçu Florian Laşka isə 1 illik futboldan kənarlaşdırılıb.

- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0