UEFA Azərbaycan yığmalarına əlavə şans yaratdı
10.12.2011 - 11:11
UEFA Azərbaycan yığmalarına əlavə şans yaratdı
UEFA-nın İcraiyyə Komitəsinin Venetsiyada keçirilən iclasında bir sıra qərarlar qəbul olunub. Apasport.az saytının məlumatına görə, yığıncaqda Avropa çempionatlarının final mərhələsində iştirakçılarının artırılacağına qərar verib. Söhbət qadın yığmaları və 17 yaşadək qızlardan ibarət komandalardan gedir.

Qadınların qitə birinciliyində son vaxtlar 12 komanda iştirak edirdi. Avro-2013-də də eyni sayda komanda yarışacaq. Lakin Avro-2017-də bu rəqəm 16-ya çatacaq. U-17-lərin yalnız 4-ü final mərhələsinə çıxırdısa Avro-2017-də bu rəqəm 8-ə qədər artırılıb. Bütün bunlar isə yığmaların, o cümlədən Azərbaycan milli komandalarının final mərhələsinə çıxmaq şanslarını artırır.

Qeyd edək ki, qadınlar arasında dünya çempionatının final mərhələsinin iştirakçılarının sayı da bir müddət əvvəl artırılmışdı. Belə ki, Kanada-2015-də həmişəki kimi 16 yox, 24 yığma oynayacaq.
0