Araz Abdullayev “Neftçi”yə qayıtdı
10.12.2011 - 13:28
Araz Abdullayev “Neftçi”yə qayıtdı
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev vətənə qayıdıb. Apasport.az saytının məlumatına görə, müqavilə ilə İngiltərənin “Everton” klubuna məxsus olan yarımmüdafiəçi yenidən icarədə olduğu “Neftçi”nin düşərgəsinə qayıdıb.

Səfərinin məqsədi Fransanın “Renn” klubuna verilmək olan “Everton”un futbolçusu ölkə xaricində başına gələnləri açıqlamağa tələsmir. O, apasport.az saytına açıqlamasında buna tələsmədiyini bildirib: “Şükür Allaha səfərim yaxşı keçdi. Hər şey yaxşı oldu. Amma indi bu haqda danışa bilmirəm. Çünki “Neftçi”nin prezidenti Sadıq Sadıqovun qəbuluna gedirəm. Artıq bazadayam. Onunla görüşdən sonra səfər haqda danışa bilərəm”.