“Neftçi” “təyyarəçilər”i göydən yerə çırpdı
11.12.2011 - 15:51
“Neftçi” “təyyarəçilər”i göydən yerə çırpdı
Bu gün Premyer Liqanın XVI turunun son oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutacaq qarşılaşmalar həm də liderin adına aydınlıq gətirib. AZAL-a futbol dərsi keçməklə mövsümün ən böyük hesablı qələbəsini ən məhsuldar oyunda qazanan “Neftçi” zirvədəki yerini möhkəmlədib. Bakılılar kimi “Sumqayıt Şəhər” də rəqibini biabır edib. Onların qurbanı isə “Kəpəz” olub. Liderin ən yaxın izləyici “İnter” isə xal itkisinə üzülüb.



10 dekabr (şənbə)

"Simurq" - "Turan" - 2:1
QOL: Qərib İbrahimov, 76, Robertas Poşkus, 80 - Akif Tağıyev, 90+4
Baş hakim: Elvin Əsgərov
Zaqatala şəhər stadionu.
Zaqataladakı oyunların balansı: 7 oyun, +4=2-1, 12-6.
2006/07 – 0:0, 2007/08 – 3:0, 2008/09 – 3:1, 2009/10 – 2:1, 2:1, 2010/11 – 2:2, 0:1.
I dövrədəki oyun – 0:1.

"Xəzər Lənkəran" - "Qarabağ" - 0:0
Baş hakim: Elçin Məmmədov
Lənkəran şəhər mərkəzi stadionu.
Lənkərandakı oyunların balansı: 9 oyun, +5,=2,-2, 14-7.
2004/05 – 3:0, 2005/06 – 2:0, 2006/07 – 2:0, 2007/08 – 2:0, 2008/09 – 1:3, 2009/10 – 0:0, 2:1, 2010/11 – 1:2, 1:1.
I dövrədəki oyun – 1:0.

"Rəvan" - "Bakı" - 0:0
Baş hakim: Rövşən Əhmədov
"Dalğa Arena" stadionu.
İndiyədək “Bakı”nın meydanında qarşılaşmayıblar.
I dövrədəki oyun – 2:3.

11 dekabr (bazar)

"Qəbələ" - "İnter" - 0:0
Baş hakim: Fariz Yusifov
Qəbələ şəhər stadionu.
Qəbələdəki oyunların balansı: 6 oyun, +1,=2,-3, 3-5.
2006/07 – 0:0, 2007/08 – 2:1, 2008/09 – 0:1, 2009/10 – 0:1, 1:1, 2010/11 – 0:1.
I dövrədəki oyun – 1:1.

"Sumqayıt Şəhər" - "Kəpəz" - 4:1
QOLLAR: Kamil Nurəhmədov, 43, 86, Timur İsrafilov, 50, Emin Mustafayev, 76 - Sabir Allahquliyev. 15
Baş hakim: Anar Salmanov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
İndiyədək Sumqayıtda qarşılaşmayıblar.
I dövrədəki oyun – 1:1.

"Neftçi" - AZAL - 7:1
QOLLAR: Cavid Hüseynov, 3, 52, Bahodir Nasimov, 11 (p.), 19, 32, Flavio Aleks Valensio, 56, Slavko Georgiyevski, 77 - Zohair Benouahi, 64
Baş hakim: Əlyar Ağayev
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
“Neftçi”nin meydanındakı oyunların balansı: 7 oyun, +3,=3,-1, 7:3.
2005/06 – 0:0, 2006/07 – 3:0, 2007/08 – 0:0, 2008/09 – 1:2, 2009/10 – 0:0, 2010/11 – 1:0, 2:1.
I dövrədəki oyun – 1:3.

 KomandaOQHMQollarXallar
1Neftçi16111434-1434
2İnter1686213-830
3Xəzər Lənkəran1685320-1629
4Bakı1675422-1326
5Qarabağ1674518-1425
6Qəbələ1664617-1922
7AZAL1655620-2420
8Simurq1654717-2019
9Rəvan1647518-1919
10Kəpəz1644820-2816
11Sumqayıt Şəhər16331012-2212
12Turan16321110-2411


Bombardir: Bahodir Nasimov (“Neftçi”) - 10.