Sadıq Sadıqov mükafatını Rail Məlikovdan aldı
10.12.2011 - 17:44
Unibank Premyer Liqasının 2010/11 mövsümünün qalibi olan "Neftçi" bu ilin noyabrında qızıl medallarla təlfit olunmuşdu. Apasport.az saytının məlumatına görə, həmin müddətdə "Neftçi"nin prezidenti Sadıq Sadıqov müqəddəs Həcc ziyarətində olduğundan, futbolçu Rodriqinyo isə Braziliyada əməliyyat olunduğundan, mükafatlandırma mərasimində iştirak edə bilməmişdilər.
Buna görə də həm klub rəhbəri, həm də braziliyalı yarımmüdafiəçi qızıl medallara məhz bu gün, "Neftçi" yenidən turnir cədvəlinin zirvəsində qərarlaşdığı bir zamanda qovuşublar. Klubun bazasında baş tutan tədbirdə Sadıqova qızıl medalı komandanın adından "Neftçi"nin kapitanı Rail Məlikov təqdim edib.
Məlikov tədbirlə bağlı fikirlərini klubun saytına açıqlayıb: "Klub prezidentimiz hər matça ən azı bizim qədər həssas yanaşır. Bizimlə birgə sevinir və kədərlənir. Sadıq Sadıqovun rəhbərliyi ilə "Neftçi"nin 6 illik çempionluq həsrətinə son qoyuldu. İnşallah, uğurumuzu bu il də davam etdirərik".
Rodriqinyo mükafatlandırılmasına sevincli olduğunu bildirib: "Neftçi"nin rəhbərliyi həmişə futbolçulara xüsusi diqqət və qayğı ilə yanaşırlar. Bu gün bunu bir daha gördüm. Vətənim Braziliyada əməliyyat olunduğum üçün mükafatlandırma mərasiminə qatıla bilməmişdim. Bununla belə, medalsız qalmadım. Bu gün klub prezidenti özü şəxsən medalı mənə təqdim elədi. Buna görə özümü çox xoşbəxt hiss edirəm".
Ruslan Abışov Sadıqovun çempionluqdakı rolunu vurğulayıb: "Çempionluqda təkcə biz futbolçuların deyil, klub rəhbərliyi və məşqçilər heyətinin də əməyi böyükdür. Əldə olunmuş istənilən qələbədə prezidentimiz Sadıq Sadıqovun zəhməti və qayğısı var".
Çempionluqda ən böyük pay sahibi olan Flavinyo iddialı danışıb: "Bu gün bizim üçün çox əhəmiyyətli gündür. Çempionluq sevincini yenidən bölüşdük. Çox istərdim ki, bu il çempionluqla yanaşı, ölkə kubokunun da qalibi olaq".
İqor Mitreski əldə olunan titulu qorumaq niyyətində olduqlarını bildirib: "Çempion olmaq çətindir, bu titulu qoruyub saxlamaq isə daha çətindir. Çalışacağıq ki, uğurun davamı gəlsin. Bu il də qızıl medallara sahib olub avrokuboklarda uğurlu çıxış edərək, azarkeşlərimizi sevindirmək istəyirik".

0
0