“Bernabeu”da yeni rekord
11.12.2011 - 11:40
“Bernabeu”da yeni rekord
İspaniyanın “Barselona” klubu yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi ardıcıl 6 oyundur səfərdə “Real”a uduzmur. Bununla da “El Klassiko” tarixində şəxsi rekordunu müəyyənləşdirən “Barselona” bu 6 matçın 4-nü Primera, 1-ni ölkə superkuboku, 1-ni ÇL-də keçirib. “Bernabei”dakı son 6 matçda 5 qələbə və 1 heç-heçəsi olan kataloniyalılar top fərqində də aşkar üstünlüyə malikdir – 16:6.

Qeyd edək ki, 1969-74-cü illərdə “Barselona” ardıcıl 5 səfər oyununda “Real”a uduzmamışdı. Həmin rekord 37 ildən sonra yeniləndi.