Mövsümün ilk, Bahodir Nasimovun Premyer Liqada 2-ci het-triki
11.12.2011 - 16:06
Premyer Liqanın XVI turunun “Neftçi” – AZAL oyunu Bahodir Nasimovun 3 qol vurması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 22 dəqiqəyə het-trik edən futbolçu özbəkistanlı legioner 2011/12 mövsümündə bunu bacaran ilk futbolçu kimi tarixə düşüb.
Azərbaycan çempionatlarında son het-trik ötən mövsüm qeydə alınmışdı. Həmin vaxt da “Neftçi” bu hadisənin iştirakçısı olmuşdu. Artıq çempionluğu təmin edən bakılılar bu il matın 13-də “”Qarabağ”la oyunda Georgi Adamiya qarşısında aciz qalmışdı – 0:3. Gürcüstanlının het-trikindən 212 gün sonra Premyer Liqada analoji hadisə yaşandı.
Nasimov isə Premyer Liqada 2-ci dəfə het-trik müəllifi olur. Ötən mövsüm qeydə alınan digər uğurun sahibi də məhz o idi. Özbəkistanlı 477 hün əvvəl avqustun 21-də “Simurq”u 3 dəfə məyus etmişdi.
VÜQAR XEYRULLAYEV

0
0