AZAL tarixində belə biabır olmamışdı
11.12.2011 - 18:50
Premyer Liqanın XVI turu AZAL-ın tarixinə qara hərflərlə düşüb. Apasport.az saytının məlumatına görə, 2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən “təyyarəçilər” ən ağır məğlubiyyətlərini alıblar. “Neftçi”yə 1:7 hesabı ilə uduzan AZAL indiyədək ən pis halda 5 top fərqi ilə uduzmuşdu. Bu, 2005/06 mövsümünün son turunun “Karvan”la ev matçında yaşanmışdı. Bakılılar 2021 gün əvvəl - 2006-cı il mayın 30-da yaşadıqları antirekordu paytaxt derbisindəki 6 top fərqli yenilgi ilə yenilədi.
0
0