AZAL-da ruh düşkünlüyü
11.12.2011 - 17:20
“Neftçi”nin ilk 10 dəqiqədə vurduğu iki erkən qoldan sonra komandamda ruh düşkünlüyü yarandı”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL klubunun məşqçisi Rafiq Mirzəyev deyib.
O, Premyer Liqanın XVI turunun “Neftçi” ilə oyunu (1:7) haqda fikirlərini açıqlayıb: “Buna baxmayaraq, qələbə qazanmaq istəyirdik. Amma “Neftçi” bizdən güclü oldu. Hücum etmək istəyirdik, amma rəqib bizi əks-hücumda yaxalaya bildi. “Neftçi” bu gün bizi çox sıxdı. Bu il hələ daha iki oyunumuz var. İlk "altılığ"a düşmək üçün həmin qarşılaşmalarda qələbə qazanmalıyıq. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Yaxşı oynayıb layiqli qələbə qazandılar”.

0
0