Millimizin futbolçusu Almaniyada 75 dəqiqə oynadı
12.12.2011 - 09:55
Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak Almaniya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, milliləşən legionerimiz Cənub Regionalliqasının növbəti turunun iştirakçısı olub. O, çıxış etdiyi “Frayburq-2”nin “Ştutqart Kikker”lə görüşündə meydana çıxıb. 15-ci dəqiqədə komanda yoldaşını əvəzləyən Budak matçın sonuna kimi meydanda olub. Qarşılaşma isə 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, 21 turdan sonra 30 xalı olan “Frayburq-2” 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, 21 turdan sonra 30 xalı olan “Frayburq-2” 9-cu pillədə qərarlaşıb.
0
0