“Məşqçilərinizin bacarığı yetərli səviyyədə deyil”
12.12.2011 - 10:44
UEFA tərəfindən Azərbaycanda keçirilən A kateqoriyalı kursların rəhbəri Daşqın Aksoyun apasport.az saytına müsahibəsi
- Bir aya yaxındır Azərbaycandasınız. Bu müddət ərzində ölkəmiz haqqında hansı təəssüratlara malik oldunuz?
- Ölkəniz çox xoşuma gəldi. Əgər Türkiyə ilə müqayisə etsək, ciddi bir fərq yoxdur. İnsanlarınız qonaqpərvərdir. Azərbaycanda bütün insanları gülərüz gördüm.
- Yəqin ki, kurslara qatılan məşqçilər sizdə Azərbaycan futbolu haqqında fikir formalaşdırıblar. Bizim məşqçilərin futbola baxışı necədir?
- İlk dəfədir burdayam, odur ki, bununla bağlı fikir deməyin nə dərəcədə düz olduğunu deyə bilmərəm. 20 gün ərzində gördüm ki, məşqçilərin bacarığı yetəri səviyyədə deyil. Azərbaycan hazırda futbol yolunun startındadır. Sözsüz ki, məni də UEFA-dan dərs vermək üçün çağırdılar.
- Burada olduğunuz müddətdə Azərbaycan futbolunda daha çox nəyə üstünlük verildiyini gördünüz. Sizcə, biz doğru yoldayıq?
- Məsələyə 2 tərəfdən yanaşmaq lazımdır. Fikrimcə, federasiyanın hazırda həyata keçirdiyi işlər görünür. Klubların işinə gəlincə, Bakıda yalnız bir oyun izlədim. “Bakı” – “Qəbələ” görüşü məni çox təəssüfləndirdi. Meydanda 2 iddialı klub olsa da, futbol adına heç nə yox idi. Komandaların çox yaxşı heyətə malik olduqları görünür. Serje Cehuanı mən Türkiyədə oynadığı dönəmdən tanıyıram. Eyni zamanda, Uinston Parksın da adını çəkməliyəm. Onlar hətta Almaniyada Bundesliqasında da oynaya bilərlər. Amma komanda oyunun götürsək, “Qəbələ” və “Bakı” Almaniyanın 4-cü liqasında güclə mübarizə aparar.
- Bəs aradakı uçurumun əsas səbəbi nədir. Nə üçün yaxşı futbolçular olduğu halda, normal komanda formalaşmır?
- Sözsüz ki, səbəblər var. Azərbaycanda daha çox nəticəyə önəm verirlər. Azərbaycan klubları fikirləşir ki, oyunu nəyin bahasına olursa olsun, 1:0 hesabı ilə qazanım, heç-heçə edim, ancaq uduzmayım. Azərbaycan futbolunda çalışan məşqçilərdə bir qorxu hissi var. Bəlkə də düşünürlər ki, uduzsam, işimdən olaram.
- Bu düşüncə başqa nə kimi fəsadlar meydana çıxara bilər?
- Əgər fikir dəyişməsə, Azərbaycan 20 il sonra yenə indiki səviyyədə qalacaq. 20 il sonra burada oturub yenə Avropa çempionatına yollanmaq xəyallarından danışarıq. Avropa kuboklarından ancaq 1-2 mərhələ keçə bilərsiniz. Həmin düşüncələri dəyişmək lazımdır. Onlara dedim ki, doğru şeyləri bilirlərsə, bir az risk etsinlər...
- Ölkə xaricində futbolçu və məşqçilərimizin sayı çox azdır. Sizcə, bu, futbolu inkişaf etməkdə olan ölkə üçün necə bir haldır?
- Əgər ölkə xaricində tanınmaq istəyirsənsə, mütləq nəsə əlahiddə bir şey etməlisən. Danimarkanı götürək. Azərbaycandan hər baxımdan geri qalır. Amma futboluna baxın. Azərbaycan bütün bunları yoluna qoymaq üçün futbola baxış bucağını tamamilə dəyişməlidir. Açıq futbol oynamaq, gənclərə şans vermək vacibdir. Almaniyada “Nürnberq” klubunda orta yaş həddi 21-dir. Almaniyada mütləq hər bir klubda 3 nəfər 21 yaşlı gənc oynamalıdır. Deyəsən, Azərbaycanda belə bir qanun yoxdur...
- Bəli, yoxdur...
- Bu, çox səhv addımdır.
- Naci Şensoydan bəri Azərbaycan futboluna türklərin axını başlanıb. Sizcə, bunun bir xeyri dəyəcəkmi?
- Türkiyə Azərbaycan futbolundan 20 il irəlidədir. Qeyd etməliyəm ki, Türkiyə də eyni problemləri yaşayıb. Mən 1989-cu ildə “Boluspor”da oynayırdım. Həmin vaxt “Boluspor” indiki Azərbaycan futbolu ilə eyni səviyyədə idi. Mənə elə gəlir ki, Azərbaycan türklərdən çox şey öyrənə bilər.
- Azərbaycan futbolçularının ölkə xaricinə çıxmamasını yerli klublardan ciddi məbləğdə pul almaları ilə əlaqələndirirlər. Sizcə, həqiqətən də pul bəzən inkişafın qarşısını alır?
- Mən iqtisadiyyatı da yaxşı bilirəm. Əgər pul verən varsa, pul alan da olacaq. Sözsüz ki, İngiltərədə bunun 100 qatı verilir. Amma inkişaf tempinə baxmaq lazımdır. Hazırda həmin pulu uşaq komandalarına xərcləmək lazımdır. Evin 1-ci mərtəbəsi tikilmədən, 2-ci mərtəbəsi tikilirmi? Mümkün deyil.
- Azərbaycana gəlməzdən öncə buranı necə təsəvvür edirdiniz, hansı düşüncələrlə ayrılırsınız?
- Azərbaycanda yaxşı potensial var. Düzü, Azərbaycana gəlməzdən öncə ölkəniz barədə ciddi məlumatım yox idi. Sadəcə, Türkiyəyə yaxın bir ölkə olduğunu, dil problemi ilə qarşılaşmayacağımı bilirdim. Futbol adamlarından yalnız Vəli Qasımov və Tofiq Bəhramovun adını eşitmişdim. Almaniyada Azərbaycan deyəndə ilk ağıla gələn adam Tofiq Bəhramovdur. Mən buraya ağ vərəq kimi gəlmişdim. Amma mən sadəcə, Bakını gördüm.
- Hazırda Almaniya Futbol Federasiyasında çalışırsınız. Azərbaycan milli komandasına isə məşhur Berti Foqts rəhbərlik edir. Onunla bağlı Almaniyada indi nə danışırlar?
- Almaniyada Berti Foqtsa işini bilən mütəxəssis kimi baxsalar da, onu sevmirlər. Almaniya ən son olaraq, Foqtsun dönəmində Avropa çempionu oldu. Amma bu ölkədə Foqtsu çox az adam sevir.
- Bəlkə, bu Foqtsun xüsusiyyətindən irəli gəlir?
- O, Avropa və dünya çempionudur. Azərbaycanda işləyirsə, buranın insanlarını da tanımalıdır. Türk məşqçilərin ən böyük üstünlüyü sizin ürəyinizdən nələr keçməsini bilməsidir.
- Dediyim kimi, ölkə xaricində futbolçumuz yoxdur. İndiki məqamda Foqtsdan nəsə tələb etmək düzgündürmü?
- Əlbəttə ki, bir baş məşqçi ilə dünya dəyişməz. Mən gördüyüm qədəri ilə 8 il sonra Azərbaycanın U-19, U-21 komandaları Avropa çempionatının əsas mərhələsində oynaya bilərlər.
- Amma Foqts deyib ki, Azərbaycanın əsas yığmasının 2016-cı ildə keçiriləcək Avropa çempionatında oynamaq şansı var...
- Foqts deyibsə, o daha yaxşı bilər.
- Sizcə, Azərbaycan futbolu nə vaxtsa Almaniya səviyyəsinə qalxa biləcəkmi?
- Buna cavabdeh olmaq çox çətindir. Bəlkə, gələcəkdə 2-3 komandanız həmin səviyyəyə gələ bilər. Azərbaycan ilk olaraq, Hollandiya, Belçika liqasına çatmaq üçün çalışmalıdır.
- Start heyətində 11 nəfər oynasa da, Azərbaycan klublarının bəzilərinin heyətində 15 legioner var. Sizcə, bu nə dərəcədə düzgün məntiqdir?
- Mütləq bacarıqlısı gəlməlidir. Məncə, legioner seçimində ada qaçmaq olmaz.

0
0