Rednik: Azərbaycanda görməli olduğum yetərincə işlər qalıb
12.12.2011 - 10:53
Rumıniyanın daha bir klubu “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin xidmətində maraqlıdır. Apasport.az-ın Rumıniya mətbuatına istinadən məlumatına görə, “Styaua”nın ardınca ÇFR də 49 yaşlı mütəxəssisi baş məşqçi postunda görmək istəyir.
Ancaq Rednik Kluj təmsilçisi ilə müqavilə bağlamağa tələsmir: “Hələ danışıqlar aparmaq üçün vaxtımız var. Azərbaycanda görməli olduğum yetərincə işlərim qalıb. Mən yenidən Azərbaycana qayıdıb, bəzi qaranlıq məqamlara aydınlıq gətirmək istəyirəm. Adımın ÇFR ətrafında hallandığını bilirəm. Ancaq bu klubdan heç kim mənimlə əlaqə saxlamayıb”.
Rumın həmkarlarımızın yazdığına görə, ÇFR-in müqaviləsi bitən kimi yollarını ayıracağı baş məşqçi İonut Badyanı Rednik əvəzləyəcək.
ÇFR-in sahibi Valter Florian isə Badyanı istefaya göndərməklə bağlı qərarı qəbul etdiyini təsdiqləyib. İndi bu komandaya baş məşqçi postuna 3 namizəd var. Yəni, Rednikin rəqibləri Klaudiu Nikulesku ilə Adrian Kristyadır.

- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0