Rövnəq Abdullayev: Berti Foqts nə öhdəçilik götürməlidir ki?
12.12.2011 - 11:13
“Berti Foqtsla danışıqlarımız müsbət nəticələndi və onunla müqaviləni uzatdıq. O, 2014-cü il dünya çempionatının seçmə mərhələsində milli komandamızın baş məşqçisi olacaq. İnanıram ki, yığmamızın çalışdırıcısı kimi ölkəmizi şərəfli təmsil edəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Assosiasiya başçısı 2008-ci ilin aprelindən milli komandanın baş məşqçisi olan Berti Foqtsla imzalanan yeni müqavilədən danışıb. Abdullayev Foqtsun öhdəçilik götürüb-götürməməyi ilə bağlı sualı belə cavablandırıb: “O, nə öhdəçilik götürməlidir ki? Yığmamızı dünya çempionatının final mərhələsinə çıxarmalıdır? Yox, Foqts eyni öhdəçilikləri götürüb. Onun qarşısında duran vəzifə şərəfli çıxışdır”.

- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0