“Neftçi” tarixinin 3-cü legioneri - FOTO
12.12.2011 - 11:22
“Neftçi” tarixinin 3-cü legioneri - FOTO
“Neftçi” tarixinin bombardirlər siyahısında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XVI turunun AZAL-la oyununda het-trik edən Bahodir Nasimov Azərbaycan çempionatlarında “ağ-qara” formada vurduğu qolların sayını 25-ə çatdırıb.

Bununla, özbək hücumçu Fərrux İsmayılova çatıb. Hər 2 futbolçu klubun çempionat tarixində 10-cu bombardiri adına şərikdir. Samir Ələkbərovun başçılıq etdiyi siyahının ilk “11-liy”ində isə daha 2 legioner var. Bunlar Branimir Subaşiç və Georgi Adamiyadır. Bu isə o deməkdir ki, Nasimov “Neftçi”nin Premyer Liqadakı 3-cü məhsuldar legioneridir. Lakin mövsümün sonunadək o, digər 2 əcnəbini arxada qoya da bilər.

1Samir Ələkbərov  99
2Qurban Qurbanov  66
3Yunis Hüseynov  58
4Nazim Əliyev  42
5Nadir Nəbiyev  37
6Vadim Vasilyev  32
7Branimir Subaşiç  31
8Georgi Adamiya  29
9Bəxtiyar Musayev  28
10-11Fərrux İsmayılov  25
 Bahodir Nasimov25


VÜQAR XEYRULLAYEV