“Zirzəmi həyatı”na son! - FOTOSESSİYA
12.12.2011 - 11:27
“Zirzəmi həyatı”na son! - FOTOSESSİYA
Premyer Liqanın XVI turu turnir cədvəlinin ilk 6 pilləsində heç bir dəyişikliyə səbəb olmadısa, autsayderin əvəzlənməsi ilə yadda qaldı. Apasport.az saytının məlumatına görə, “Kəpəz”ə 4:1 hesabı ilə qalib gələn “Sumqayıt Şəhər” turnir cədvəlinin son pilləsini “Turan”a təhvil verdi.

II turun avqustun 14-də baş tutan oyunundan sonra zirzəmiyə düşən sumqayıtlılar 14 tur bu mövqedə qalmışdı. 119 günlük “zirzəmi həyatı”na son qoyan Bernhard Raabın yetirmələri bununla da mövsümün rekordunu rəsmiləşdirib. Belə ki, cari mövsüm heç bir komanda 14 tur eyni mövqedə duruş gətirməmişdi: nə liderlər, nə ortabablar, nə də başqası.
0