“Neftçi” nə “Bakı”dır, nə də “İnter”
12.12.2011 - 11:32
“Neftçi” nə “Bakı”dır, nə də “İnter”
AZAL-ın futbolçusu Tales Şützün qol seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın ardıcıl 5 oyununda meydanı qolsuz tərk etməməklə, mövsümün rekordunu müəyyənləşdirən braziliyalı “Neftçi”nin müdafiə xətti qarşısında aciz qalıb.

Bundan əvvəlki son 5 görüşdə isə meydanı qolsuz tərk etməyən Şütz 6 dəfə fərqlənmişdi. AZAL-ın üzvü XI turda “Sumqayıt Şəhər”ə 1, növbəti tur “Qəbələ”yə 2 qol vurduqdan sonra “Kəpəz”, “İnter” və “Bakı”nın da qapısına 1 dəfə tol tapmışdı. Lakin XVI tur Tales üçün uğursuz alınıb. Bu isə o deməkdir ki, “Neftçi” braziliyalı üçün nə “Bakı”dır, nə “İnter”dir, nə də “Kəpəz”.