10 futbolçu üçün 1 “Qızıl unitaz”
12.12.2011 - 12:09
10 futbolçu üçün 1 “Qızıl unitaz”
İtaliya çempionatında ilin ən uğursuz futbolçusu üçün verilən “Qızıl unitaz”a iddiaçıların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Amauri ("Yuventus"/"Parma"), Felipe Melo ("Yuventus"), Eduardo ("Cenoa"), Miloş Krasiç ("Yuventus"), Dieqo Milito ("İnter"), Adrian Mutu ("Çezena"), Santyaqo Silva ("Fiorentina"), Mauro Sarate ("Latsio"/"İnter"), Luka Toni ("Yuventus") və Dieqo Forlan ("İnter") A seriyasının ən zəifi sayılmağa namizəddir.

Ötən il “Qızıl unitaz”a sahib olan Adriano isə 10 nəfərlik namizədlər siyahısında yoxdur. Əvəzində ötən ilin 2-cisi Amauri yenə adını iddiaçılar sırasına saldırıb.

Qeyd edək ki, əvvəlki illərdə “Qızıl unitaz”a Rivaldo (2003), Nikola Leqrotalye (2004), Kristian Vyeri (2005), Adriano (2006, 2007, 2010), Rikardu Kuarejma (2008) və Felipe Melo (2009) kimi ulduzlara verilmişdi.