Braziliya yenə dünya çempionu oldu
12.12.2011 - 12:17
Braziliya yenə dünya çempionu oldu
Qadın futzalçılar arasında II eksperimental dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Braziliyanın Fortaleze şəhərində keçirilən mundialın finalında meydan sahibləri ilə İspaniya qarşılaşıblar.

Cənubi amerikalılar 4:3 hesabı ilə qalib gələrək, dünya çempionu adını əldə ediblər. III yer uğrunda oyunda Portuqaliya Rusiyadan üstün olub - 3:0.

Maraqlıdır ki, ötən il İspaniyada keçirilən ilk yarışda da məhz bu 4 komanda yarımfinalda oynamışdı. Həmin vaxt Braziliya I, Portuqaliya II olmuşdu. İspaniya və Rusiya arasında III yer uğrunda qarşılaşma keçirilməyib.