Kosta-Rika yığmasını Azərbaycana buraxmadılar
12.12.2011 - 14:11
2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının KONKAKAF zonası üzrə seçmə oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, gələn il Qvatemalada təşkil olunacaq sonuncu seçmə mərhələyə 8-ci vəsiqənin sahibi Panama və Kosta-Rika yığmalarının oyunlarında müəyyənləşib.
Hər 2 oyunda qalib gələn panamalı qızlar olublar – 1:0, 2:1. Bununla da kosta-rikalı futbolçuları Azərbaycana buraxmayan Panama millisi mundiala 3 vəsiqənin sahibinin müəyyənləşəcəyi yarışa yüksəlib. Həmin turnirdə ABŞ, Meksika, Kanada, Yamayka, Baham adaları, Trinidad və Tobaqo, Panama və meydan sahibləri Qvatemala yığması oynayacaq.

- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0