Premyer Liqada 100-cü avtoqol!
12.12.2011 - 16:05
“Turan” klubunun legioneri Aleksandr Qoqoberişvili tarixə düşüb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XVI turunun “Simurq”la matçında hesabı açan gürcüstanlı futbolçu ölkə çempionatlarımızda 100-cü avtoqolun müəllifi olub.
Belə ki, bu turadək 99 dəfə hansısa futbolçu qapıları səhv salmışdı. Qoqoberişvili isə yubiley – 100-cü uğursuzluğun müəllifidir. Həmyerlisindən 1 gün sonra “fərqlənən” Nuqzar Kvirtiya isə təkcə “Neftçi” – AZAL matçında deyil, həm də avtoqolların ikinci “yüzlüy”ündə hesabı açdı: 101-ci avtoqolun müəllifi kimi.
Azərbaycan çempionatları: mövsümlər, avtoqollar
“Təyyarəçilər” hamıdan sürətlidir
1992-ci ildən start götürən ölkə çempionatlarında 35 müxtəlif komanda öz qapısına qol vurub. Bu göstəricidə rekord “Qarabağ”a məxsusdur. Lakin 20-ci mövsümdür elitada oynayan “Qarabağ”la müqayisədə gənc, 7-ci dəfə güclülər sırasında olan AZAL artıq ağdamlıları keçməyə çox yaxındır. Düzdür, bütün çempionatlarda oynamış “Neftçi” də AZAL-dan çox avtoqol edib. Lakin “təyyarəçilər”in sürəti göz oxşayır.
Hamı “Neftçi” üçün
Azərbaycan çempionatları tarixində 33 komanda rəqiblərinin sayəsində qol sevinci yaşayıb. Hamıdan çox – 12 dəfə “Neftçi”nin rəqibləri qol vurub.
Soyadını dəyişən dubl müəllifi
Çempionatlarımızda vurulan 101 avtoqola 88 futbolçu imza atıb. Bu da onunla bağlıdır ki, 1 futbolçu 3, 11-i isə 2 dəfə qapını 180 dərəcə tərsinə ölçüb. Mütləq rekordçu olan Natiq Qasımov (indi Əkbərov soyadı ilə çıxış edir) 1 matçda “avto-dubl” da edib. O, MOİK-də oynadığı vaxt “Karvan”la 1 oyunda öz qapısına 2 qol vurub. Natiq Premyer Liqa tarixində buna nail olan yeganə oyunçudur.

| mövsüm | Avtoqol |
|---|---|
| 1992 | 8 |
| 1993 | 2 |
| 1993/94 | 0 |
| 1994/95 | 2 |
| 1995/96 | 4 |
| 1996/97 | 1 |
| 1997/98 | 5 |
| 1998/99 | 5 |
| 1999/2000 | 4 |
| 2000/01 | 7 |
| 2001/02 | 2 |
| 2003/04 | 8 |
| 2004/05 | 7 |
| 2005/06 | 9 |
| 2006/07 | 6 |
| 2007/08 | 5 |
| 2008/09 | 3 |
| 2009/10 | 9 |
| 2010/11 | 7 |
| 2011/12 | 7 |
| Cəmi | 101 |
“Təyyarəçilər” hamıdan sürətlidir
1992-ci ildən start götürən ölkə çempionatlarında 35 müxtəlif komanda öz qapısına qol vurub. Bu göstəricidə rekord “Qarabağ”a məxsusdur. Lakin 20-ci mövsümdür elitada oynayan “Qarabağ”la müqayisədə gənc, 7-ci dəfə güclülər sırasında olan AZAL artıq ağdamlıları keçməyə çox yaxındır. Düzdür, bütün çempionatlarda oynamış “Neftçi” də AZAL-dan çox avtoqol edib. Lakin “təyyarəçilər”in sürəti göz oxşayır.
| Qarabağ (Ağdam) | 9 |
|---|---|
| Neftçi (Bakı) | 8 |
| AZAL (Bakı) | 7 |
| Bakı | 6 |
| MOİK (Bakı) | 6 |
| Gənclərbirliyi (Sumqayıt) | 5 |
| Şəfa (Bakı) | 5 |
| İnter (Bakı) | 4 |
| Karvan (Yevlax) | 4 |
| Kəpəz (Gəncə) | 4 |
| Şahdağ (Qusar) | 4 |
| Turan (Tovuz) | 4 |
| Xəzər (Sumqayıt) | 3 |
| ANS Pivani (Bakı) | 2 |
| Bakılı | 2 |
| Kürmük (Qax) | 2 |
| Kür-Nur (Mingəçevir) | 2 |
| Masallı | 2 |
| Muğan (Salyan) | 2 |
| Simurq (Zaqatala) | 2 |
| Şirvan (Şamaxı) | 2 |
| Standard (Sumqayıt) | 2 |
| Viləş (Masallı) | 2 |
| Ədliyyə (Bakı) | 1 |
| Energetik (Əli-Bayramlı) | 1 |
| İnşaatçı (Bakı) | 1 |
| İnşaatçı (Sabirabad) | 1 |
| Karat (Bakı) | 1 |
| Neftqaz (Bakı) | 1 |
| Pambıqçı (Bərdə) | 1 |
| Qəbələ) | 1 |
| Şəmkir | 1 |
| Şirvan (Kürdəmir) | 1 |
| Ümid (Cəlilabad) | 1 |
| Xəzri (Buzovna) | 1 |
| Cəmi | 101 |
Hamı “Neftçi” üçün
Azərbaycan çempionatları tarixində 33 komanda rəqiblərinin sayəsində qol sevinci yaşayıb. Hamıdan çox – 12 dəfə “Neftçi”nin rəqibləri qol vurub.
| Neftçi | 12 |
|---|---|
| Bakı | 10 |
| İnter (Bakı) | 9 |
| Turan (Tovuz) | 8 |
| Karvan (Yevlax) | 6 |
| Şəmkir | 5 |
| Simurq (Zaqatala) | 5 |
| AZAL | 4 |
| Qarabağ | 4 |
| MOİK (Bakı) | 3 |
| Şəfa (Bakı) | 3 |
| Viləş (Masallı) | 3 |
| Xəzər (Sumqayıt) | 3 |
| Xəzər Lənkəran | 3 |
| Bakılı | 2 |
| Göyəzən (Qazax) | 2 |
| Kəpəz (Gəncə) | 2 |
| Qəbələ | 2 |
| Xəzri (Buzovna) | 1 |
| ANS Pivani (Bakı) | 1 |
| Araz (Naxçıvan) | 1 |
| Azəri (Bakı) | 1 |
| Boz Qurd (Samux) | 1 |
| Ədliyyə (Bakı) | 1 |
| Fərid (Bakı) | 1 |
| Karat (Bakı) | 1 |
| Kürmük (Qax) | 1 |
| MKT-Araz (İmişli) | 1 |
| Muğan (Salyan) | 1 |
| Neftqaz (Bakı) | 1 |
| Rəvan | 1 |
| Standard (Sumqayıt) | 1 |
| Ümid (Cəlilabad) | 1 |
| Cəmi | 101 |
Soyadını dəyişən dubl müəllifi
Çempionatlarımızda vurulan 101 avtoqola 88 futbolçu imza atıb. Bu da onunla bağlıdır ki, 1 futbolçu 3, 11-i isə 2 dəfə qapını 180 dərəcə tərsinə ölçüb. Mütləq rekordçu olan Natiq Qasımov (indi Əkbərov soyadı ilə çıxış edir) 1 matçda “avto-dubl” da edib. O, MOİK-də oynadığı vaxt “Karvan”la 1 oyunda öz qapısına 2 qol vurub. Natiq Premyer Liqa tarixində buna nail olan yeganə oyunçudur.
| Natiq Qasımov | 3 |
|---|---|
| Aleksandr İntskirveli | 2 |
| Ayxan Abbasov | 2 |
| Elnur Abbasov | 2 |
| Hüseynqulu Quliyev | 2 |
| Kamran Əlibabayev | 2 |
| Mehman Yunusov | 2 |
| Renat Abdaşob | 2 |
| Saşa Yunisoğlu | 2 |
| Usim Nduka | 2 |
| Zaur Həşimov | 2 |
| Aleksandr Musatkin | 2 |
0
0