“Azərbaycan yığmasından qisas almaq bizim üçün stimuldur”
12.12.2011 - 17:00
“Azərbaycan yığmasından qisas almaq bizim üçün stimuldur”
“Latviya və Qazaxıstanla yoxlama oyunları bizim üçün faydalı idi. Kloçko və Kiselyovun zədələnib, heyətdən kənar qalmasından sonra oyunçuların bir-biriləri ilə necə uyğunlaşmasını yoxlamaq vacib idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Ukrayna milli komandasının kapitanı Valeri Zamyatin deyib.

O, DÇ-2014-ün seçmə mərhələsinin Bakıda keçiriləcək oyunları haqda fikirlərini açıqlayıb: “İlk rəqiblə matçlarda nə isə alınırdı. Qazaxıstanlılarla görüşlərdə isə yox. Amma razıyam ki. təki yoxlama oyunlarında nə isə alınmasın. Rəsmi görüşlərdə isə əksinə. Həm mən, həm də komandamız yarışa hazırıq. Əla əhval-ruhiyyuəmiz var. Azərbaycanda 1-ci yerə sahib olmaq iqtidarındayıq. Pley-offda nisbətən zəiflə oynamaq üçün bu lazımdır. Azərbaycan yığmasından Avro-2010-nun final mərhələsindəki məğlubiyyətin qisasını almalıyıq. Bu bizi qələbəyə stimullaşdıran amillərdən biridir”.

Qeyd edək ki, Azərbaycan – Ukrayna dekabrın 18-də baş tutacaq.
0