“Turan” – “Qəbələ” matçı Şəmkirdə
12.12.2011 - 17:58
“Turan” – “Qəbələ” matçı Şəmkirdə
Premyer Liqanın XVII turunun “Turan” – “Qəbələ” matçı Şəmkir Olimpiya Kompleksinin meydançasında keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu haqda Peşəkar Futbol Liqası (PFL) qərar çıxarıb.

İntizam Komitəsinin qərarına əsasən “Turan” klubu növbəti iki ev oyununu neytral meydanda keçirməlidir. “Turan” PFL-ə məktub ünvanlayaraq növbəti ev oyununun keçirilmə yeri kimi Şəmkir Olimpiya Kompleksinin meydançasını göstərib. “Turan”la Şəmkir Olimpiya Kompleksinin rəhbərliyi arasında əldə edilmiş razılaşmanı və eləcə də təhlükəsizliyin yüksək səviyyədə təmin olunacağı barədə hər iki tərəfin təminat məktubunu nəzərə alaraq matçın bu arenada təşkilinə qərar verilib.

Qeyd edək ki, “Turan” – “Qəbələ” qarşılaşması dekabrın 15-də baş tutacaq.