UEFA Mahir Şükürov haqda qərarı ertələdi
13.12.2011 - 00:02
2012-ci il Avropa çempionatının Türkiyə - Azərbaycan (1:0) oyunundan sonra qadağan olunmuş preparatdan istifadədə şübhəli bilinən Mahir Şükürovun taleyinə aydınlıq gələcək vaxt dəqiqləşib. Apasport.az saytının məlumatına görə, məsələsi UEFA-da araşdırılan “Qəbələ” klubunun kapitanı ilə bağlı qərar əvvəlcədən gözlənildiyi kimi, bu ilin dekabrında verilməyəcək.
Azərbaycan futbol ictimaiyyəti, eyni zamanda Şükürov özü bu qərarı bilmək üçün ən azından gələn ilin fevralına kimi gözləməlidir.
Məlumatı apasport.az saytına açıqlamasında Şükürovun özü də təsdiqləyib: “Bildiyimə görə, UEFA həmin qərarı gələn ilin fevralında açıqlayacaq”.
Taleyi qeyri-müəyyən olsa da, Şükürov hazırda məşqlərindən qalmır: “Komandamın iştirakı ilə keçirilən bütün oyunları izləyirəm. Eyni zamanda, məşqlərə də qatılıram”.
Qeyd edək ki, “Türk Telekom Arenada” keçirilən görüşdə Ufuk Budak zədələndiyinə görə, məhz Mahir Şükürov testdən keçməli olub. Əgər onunla bağlı şübhələr təsdiqini taparsa, Şükürov uzun müddətə cəzalandırıla bilər.

0
0