Vladislav Qədirov: Onlar 100 faiz komandadan gedəcəklər
13.12.2011 - 00:03
“Komanda son 2 görüşdə yaxşı nəticələr qazana bilmir. Biz “Bakı” ilə heç-heçə etdiyimiz görüşdən öncə “Kəpəz”ə uduzmuşduq. Sinəmə döymək istəmirəm. Hamı deyə bilər ki, “Bakı” kimi rəqiblə qarşılaşmada 1 xal yaxşı nəticədir. Amma başa düşmək lazımdır ki, mən bu gün xal qazanmıram, itirirəm. 1 xal mənim nəyimə gərəkdir?” Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.
Gənc mütəxəssisin gəlişindən sonra komanda qələbələri sıralasa da, turnir cədvəlindəki yerini yaxşılaşdıra bilmir. Qədirov hesab edir ki, qələbələrin fonunda irəli getməmək komandaya çox mənfi təsir göstərir: “Düzü, komandada əhval-ruhiyyə yaxşıdır. Hamı işinə peşəkar səviyyədə yanaşmaq istəyir. Amma bəzi məqamlar var ki, futbolçulara psixoloji cəhətdən təsir edir. Biz nə qədər qələbə qazansaq da, irəli gedə bilmirik. Nə qədər olar axı... Vaxtilə çox xallar itirən komanda indi rəqibləri ilə aradakı fərqi əritməyi bacarmır. Odur ki, biz yerimizdə saymağa məcburuq. Amma irəli həvəslə və böyük ruh yüksəkliyi ilə baxırıq”.
Premyer Liqada fasiləyə doğru getdikcə artıq bəzi klublar gələcəklə bağlı planlarını hazırlayıblar. Amma mövcud vəziyyət Vladislav Qədirovu düşünməyə qoymur: “İndiki vəziyyət elədir ki, biz konkret qərar verə bilmirik. Mən fikirləşirəm ki, biz “altılığ”a oynasaq, yaxşı təlim məşq toplanışında olmalıyıq. Qarşıdakı oyunların nəticəsindən asılı olaraq, qərar verəcəyik. Əgər hər şey gözlədiyimizin əksinə baş versə, o zaman qüvvətli kollektiv formalaşdırıb, növbəti mövsümü düşünəcəyik”.
Gənc mütəxəssis əlavə edib ki, qışda komandasında dəyişikliklər olacaq: “İsveçdən bir hücumçu komandaya qoşulmuşdu. Mən onu sınadım, bəyənmədim. Qış fasiləsində heyətdə dəyişikliklər olacaq. 4 futbolçu var ki, onlarda heç bir gələcək, inkişaf görmürəm. İndi onların adını da çəkə bilərəm. Sadəcə olaraq, fikirləşirəm ki, onlar da futbolçudur, insandır. Belə desəm, onlara təsir göstərər. Amma onlar 100 faiz komandadan gedəcəklər”.
Qeyd edək ki, 16 turdan 19 xal toplayan “Rəvan” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Paytaxt klubu ilk “altılığ”ın sonuncu yerinin sahibi “Qəbələ”dən 3 xal geri qalır.

0
0