“Neftçi” və “Xəzər Lənkəran”ı lider edən statistika
13.12.2011 - 12:08
“Neftçi” Premyer Liqanın cari mövsümünün ən məhsuldar komandasıdır. Apasport.az saytının məlumatına görə, rəqib qapılarına 34 qol vuran son çempion arxada qalan XVI turda ən məhsuldar hücum xəttinə sahibdir.
“İnter” isə çempionatımızın ən etibarlı müdafiə xəttinə malikdir. Komanda qapısında 8 qol görüb ki, bunun da 3-ü “Bakı” ilə oyunda alınmış texniki məğlubiyyətin payına düşür.
Rəqib qapılarına cəmi 10 dəfə yol tapan “Turan” cari mövsümün ən az qol vuran komandasıdır. Ən çox qol buraxan (28) “Kəpəz”in isə müdafiə xətti zəif təsir bağışlayır.
İndiyə qədər keçirilmiş 96 oyunda 221 qol qeydə alınıb. III turun “İnter” - “Bakı” qarşılaşması başa çatmadığından, meydan sahiblərinə texniki 0:3 hesabı ilə məğlubiyyət verilməsi nəticəsində qonaqların aktivinə üç qol yazılıb. Azarkeşlər ən çox qol ötən turda “Neftçi”nin AZAL-ı 7:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada izləyib.
Azarkeşlərinin çoxluğu ilə öyünə bilən əyalət komandalarının oyunlarına marağın böyük olduğu statistikalardan da görünür. Belə ki, cari mövsümdə “Xəzər Lənkəran”ın oyunlarını 64 205, “Kəpəz”in oyunlarını isə 53 500 azarkeş canlı izləyib. İlk dövrə ərzində ümumilikdə 232 250, orta hesabla isə hər tur 14 515 azarkeş oyunları stadiondan tamaşa edib. Bu da hər oyunda orta hesabla 2 419 azarkeş deməkdir. Ən çox azarkeş V turda - 36 950, ən az azarkeş isə XVI turda qeydə alınıb - 4 980. Ötən turun “Xəzər Lənkəran” - “Qarabağ” qarşılaşması AFFA-nın İntizam komitəsinin qərarına əsasən azarkeşsiz keçirilib. Cari mövsümdə ən çox azarkeş toplayan qarşılaşma isə V turun “Kəpəz” - AZAL oyunudur - 15 000.
Mənbə: pfl.az

0
0