Tovuzda stadion direktoru futbolçunu döyüb
13.12.2011 - 13:16
AFFA Tovuz şəhər stadionun direktoru Yusif Cəfərovu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Cəfərov noyabrın 15-də “Azercell U-17 Liqa”nın “Turan” – AZAL matçı başa çatdıqdan sonra qonaqların futbolçusu Elməddin Hüseynzadəyə yaxınlaşaraq, ona zərbə endirib. Bu səbəbdən həmin şəxs AFFA-nın İntizam Komitəsi (İK) tərəfindən 12 oyunluq cəzalandırılıb.
Bu hadisədən sonra hər iki klubun futbolçuları arasında insident baş verib və AZAL-ın oyunçularına azarkeşlər tərəfindən hücum edilib. İK yuxarıda göstərilənləri nəzərə alaraq, adıçəkilən yarışlarda təhlükəsizliyə ciddi nəzarət olunmağını və təhlükəsizlik tədbirlərini gücləndirilməyini tapşırıb. Analoji hadisənin təkrarlanacağı təqdirdə “Turan”a qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdir.
Digər döyülmə faktı isə dekabrın 4-də U-14 Liqasının “Masallı” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra olub. Belə ki, azarkeşlərdən biri yan xətt hakimi Orxan Səfiyevə yaxınlaşaraq ona zərbə endirib. Bu səbəbdən də yarışları keçirən departamentə və Regional Futbol Federasiyasına oyunlarda təhlükəsizliyə ciddi nəzarət etmək və təhlükəsizlik tədbirlərini gücləndirməklə bağlı göstəriş verilib. “Xəzər Lənkəran”ın məşqçisi Məhərrəm Bağırzadə hakimləri təhqir etdiyi üçün məşqçi 5 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, bu, dekabrda Tovuz stadionunda artıq 2-ci döyülmə faktıdır. Premyer Liqanın XV turunda “Turan” – “Qarabağ” matçı bitəndən sonra hakimlər otağına girən 4 azarkeş baş hakim Rauf Cabbarovla köməkçisi Coşqun Həsənova ciddi xəsarət yetirmişdi.

0
0