AFFA 2 klubu baş məşqçisiz qoydu
13.12.2011 - 13:19
AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa oyunlarının bu dəfə “sülh” şəraitində keçməsi üzündən əsas diqqət digər yarışlara ayrılıb. I divizionda çıxış edən komandalardan 2-si baş məşqçisini itirib. Belə ki, “Şuşa” və “Şəmkir”in baş məşqçiləri cəzalanıb.
I divizionun XIV turunun “Şuşa” – “Qaradağ Lökbatan” matçının 75-ci dəqiqəsində yaşanan qalmaqal Nadir Qasımova baha başa gəlib. “Şuşa”nın baş məşqçisi hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub isə 500 manat cərimə olunub. “Şəmkir” klubunun baş məşqçisi Anar Kələntərovun cəzası isə yüngül olub. “Şahdağ” – “Şəmkir” matçının 90+3-cü dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə o, 1 oyunluq cəzalanıb və klubunu 100 manat ziyana salıb.

0
0