Komandaların ilk dueli hələ “Qəbələ” I divizionda çıxış etdiyi vaxta təsadüf edir. Həmin vaxt kubok duelində “Turan” yeganə qolun sayəsində mərhələ adladı. Kubokdakı qisas 3 il sonra alındı. Özü də 2 qələbə ilə.
Çempionatda isə ilk 3 mövsümdə komandalar hərəyə 2 qələbə qazanıb, 2 bərabərliklə kifayətləniblər. 2009/10 mövsümündən başlayaraq isə “Turan” “Qəbələ” üçün 3 xal mənbəyinə çevrilib. Bu müddətdə ardıcıl 7 qələbə qazanan komanda ilk 6 uğurunu quru qələbələrlə qeyd edib.
Yalnız cari mövsümdə “Turan” “Qəbələ”nin qapısına 1 qol vurub. Lakin bu da 7-ci qələbəyə mane olmayıb.
Ardıcıl 8-ci qələbə üçün meydana çıxacaq komanda ümumilikdə 17 görüşdə 11 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə də uduzub. Top fərqində isə üstünlük az qala ikiqatdır – 18:10.
2005/06 | 05.11.2005 | Azərbaycan kuboku, 1/8 final | Göy-Göl (Xanlar)-Turan (Tovuz) | 0:0 |
2005/06 | 19.11.2005 | Azərbaycan kuboku, 1/8 final | Turan (Tovuz)-Göy-Göl (Xanlar) | 1:0 |
2006/07 | 10.11.2006 | Premyer Liqa | Turan (Tovuz)-Gilan (Qəbələ) | 0:0 |
2006/07 | 08.05.2007 | Premyer Liqa | Gilan (Qəbələ)-Turan (Tovuz) | 1:0 |
2007/08 | 03.11.2007 | Premyer Liqa | Qəbələ - Turan (Tovuz) | 2:1 |
2007/08 | 03.05.2008 | Premyer Liqa | Turan (Tovuz) - Qəbələ | 4:2 |
2008/09 | 29.10.2008 | Azərbaycan kuboku, 1/8 final | Qəbələ - Turan (Tovuz) | 2:1 |
2008/09 | 05.11.2008 | Azərbaycan kuboku, 1/8 final | Turan (Tovuz) - Qəbələ | 1:2 |
2008/09 | 29.11.2008 | Premyer Liqa | Turan (Tovuz) - Qəbələ | 0:0 |
2008/09 | 17.05.2009 | Premyer Liqa | Qəbələ - Turan (Tovuz) | 0:1 |
2009/10 | 24.10.2009 | Premyer Liqa | Turan (Tovuz) - Qəbələ | 0:1 |
2009/10 | 09.02.2010 | Premyer Liqa | Qəbələ - Turan (Tovuz) | 1:0 |
2010/11 | 11.09.2010 | Premyer Liqa | Turan (Tovuz) - Qəbələ | 0:1 |
2010/11 | 11.12.2010 | Premyer Liqa | Qəbələ - Turan (Tovuz) | 1:0 |
2010/11 | 09.04.2011 | Premyer Liqa | Turan (Tovuz) - Qəbələ | 0:2 |
2010/11 | 08.05.2011 | Premyer Liqa | Qəbələ - Turan (Tovuz) | 1:0 |
2011/12 | 11.09.2011 | Premyer Liqa | Qəbələ - Turan (Tovuz) | 2:1 |