Azərbaycan futbolçuları “Milan” və “Yuventus”a qarşı
13.12.2011 - 14:13
İtaliyada keçirilən ənənəvi “Karnivali” turnirinin iştirakçılarının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 9-cu dəfə təşkil olunacaq yarışda bu dəfə 1999-cu il təvəllüdlülər mübarizə aparacaq. Yarış iştirakçıları arasında Azərbaycan təmsilçisi “Tərəqqi” də olacaq.
Komandamız 2012-ci il fevralın 17-dən 21-dək davam edəcək turnirdə adlı-sanlı rəqiblərlə mübarizə aparacaq. İtaliyanın “İnter”, “Milan”, “Yuventus”, “Pruva”, “Ostua Mare”, “Sud Tirol”, “Ravenna”, “Laskaris”, “Roma” və “Prato”, İsveçrənin “Lütsern”, Rusiyanın “Zenit”, “Krasnodar”, Argentinanın “Los Aromos” klubları da “Tərəqqi”nin rəqibləri sırasındadır.
Qeyd edək ki, indiyədək bu yarışda yalnız İtaliya komandaları kubok qazanıb. “Bari” 2002, “Yuventus” 2003, 2004, “İnter” 2005, 2007, 2011, “Milan” 2006 və 2009-cu illərdə turnirin ən yaxşısı olub.

- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0