“Malik Manenin Azərbaycanda oynamaq variantı var”
13.12.2011 - 14:35
Seneqallı futbolçu Malik Mane Azərbaycandan təklif alıb. Apasport.az saytının məlumatına görə, Qazaxıstanın ən titullu klublarından olan “Aktobe”nin hücumçusu karyerasını ölkəmizdə davam etdirmək variantı üzərində düşünür.
Maraqlıdır ki, qazax həmkarlarımız Maliki “Astana”ya “aparsalar” da, məsələni araşdıranda informasiyanın dəqiq olmadığı, başqa mətləblər ortaya çıxıb.
Manenin agenti Valeri Reşetnev açıqlamasında Azərbaycandan da söz salıb: “Malikin Norveçin “Sanderford” klubu ilə müqaviləsi var. O, hazırda komanda ilə Norveçdə məşq edir. Mane ilə Qriqori Loriya ilə Xolqer Fax maraqlanırdı, ancaq bununla hər şey bitdi. Ondan sonra danışıqlar getmədi. Manenin klubla bağladığı müqaviləsində belə bir şərtim var ki, digər müəyyən şərtlər qarşılığında onu başqa kluba götürə bilərəm. İndi biz bununla məşğuluq. Rusiyada 1-ci liqada, Ukrayna, Qazaxıstan, Azərbaycanda, Skandinaviyada variantlar var”.

0
0