Vitali Borisov: Biro Jadenin yoxluğu bizim üçün ciddi itkidir
13.12.2011 - 18:09
“Qrup oyunlarına hazırlığın son mərhələsini Moskvada reallaşdırdıq. Yaxşı hazırlaşdığımızı deyə bilərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov deyib.
Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış komandamız analoji uğuru dünya çempionatının qrup oyunlarında da reallaşdırmaq istəyir. Bu səbəbdən millimiz dekabrın 15-dən 18-dək Bakıda keçiriləcək qrup oyunlarına maksimim dərəcədə hazırlaşır.
Moskvadakı toplanış zamanı az oyun keçirmələrinə gəlincə, Borisov bunun elə də ciddi problem yaratmayacağını deyib: “Toplanış təkcə oyun deyil. Biz komanda şəklində bir yerdə hazırlıq keçdik. Serjio da bizə qoşulub. O, Ukraynada fərqli taktika ilə oynayır. İndi biz yeni taktikaya uyğunlaşmalıyıq, hansı ki, qrup oyunları zamanı bundan istifadə edəcəyik”.
Qrupdakı rəqiblər haqda danışan Borisov Xorvatiyanı hesabdan silməyin düzgün olmadığını bildirib: “Ukrayna güclü komandadır və onları yaxşı tanıyırıq. Xorvatiyanın oyununu izləmişik. Son yoldaşlıq matçında İranı 4:1 hesabı ilə məğlub ediblər. İran futzalda dünyanın ən güclü komandalarından hesab edilir. Üstəlik, gələn ilin əvvəlində Avropa çempionatı Xorvatiyada keçiriləcək. Onlar həmin yarışda da ciddi hazırlaşırlar. Makedoniyaya gəldikdə, Balkan futbolu hər zaman seçilib. Ona görə Makedoniyaya zəif rəqib gözü ilə baxmaq düzgün olmazdı. Fikrimcə, mübarizə əsasən Ukrayna, Azərbaycan və Xorvatiya yığmaları arasında gedəcək”.
Yığmamızın aparıcı oyunçularından və son Avropa çempionatının ən məhsuldar 2 futzalçısından biri olan Biro Jadenin yoxluğu təbii ki, ciddi itki sayılır. Komanda yoldaşı meydanda həm də onun yoxluğunu hiss etdirməmək üçün “vuruşacaq”larını deyib: “Biro Jadenin yoxluğu bizim üçün ciddi itkidir. O, yığmanın aparıcı oyunçularındandır. Onun yoxluğu hiss olunacaq. Hamımız həm də onun üçün oynayacağıq. Çalışacağıq ki, Bironun yoxluğu hiss olunmasın. Bildiyimə görə, o, Avropa çempionatının final mərhələsində də bizə kömək edə bilməyəcək. Ən yaxşı halda mart, aprel aylarında geri dönəcək”.

0
0