“Simurq”un kapitanı: Hakimlər bizi “sıxıb”lar
14.12.2011 - 00:07
“Baş məşqçimiz Sergey Yuran Azərbaycanda olmasa da, bu, məşq və hazırlıqlarımıza təsir göstərmir. Çünki Yuran getməzdən öncə proqram tərtib edib. Biz də onun əsasında hazırlaşırıq. Məndə olan məlumata görə, baş məşqçimiz komandanın düşərgəsinə Bakıda qoşulacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun kapitanı Rasim Ramaldanov deyib.
Ramaldanov hesab edir ki, onlar orta güclü klublarla yanaşı, iddialılarla oyunda da mübarizə apara bilirlər. Sadəcə, bəzi qüvvələr onların qələbə qazanmasına imkan vermir: “Mənə elə gəlir ki, iddialı klublara qarşıda pis oynamamışıq. “Neftçi” ilə cari mövsümdə keçirdiyimiz 3 oyunun hər birində uduzsaq da, pis mübarizə aparmamışıq. Sadəcə, bəzən öz səhvimizdən, bəzən də digər səbəblərdən uduzmuşuq. Elə oyunlar olub ki, hakimlər bizi “sıxıb”lar. Amma bütün bunları bir kənara qoyub, futbol oynamaq lazımdır”.
Müdafiədə etibarlı oyunu ilə seçilən Ramaldanov qışda klubu tərk edə biləcəyini də istisna etməyib: “Düzü, 2-3 klubdan dəvət almışam. Bunlar normal haldır. Artıq 4 ildir ki, Zaqatala klubunun formasını geyinirəm. Buranı elə-belə atıb gedə bilmərəm. “Simurq”da daima oynayıram. Elə yaşdayam ki, həmişə meydançada olmalıyam. Odur ki, təklifləri ciddi düşünmək lazımdır”.
Qeyd edək ki, “Simurq” növbəti tur Bakıda AZAL-ın qonağı olacaq. Bu komandalar arasında keçirilən ilk oyun AZAL-ın böyük hesablı qələbəsi ilə nəticələnib - 3:0.

- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
- Arda Güler mövsümü başa vurdu: DÇ-DƏ ÇIXIŞ EDƏ BİLƏCƏK?
0
0