Azərbaycanlı futbolçu Rusiya klubundan ayrıldı
14.12.2011 - 00:17
Azərbaycan yığmasının sabiq futbolçusu Vüsal Hüseynov Rusiya çempionatında çıxışını dayandırıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi I divizion təmsilçisi “Ximki” ilə münasibətlərinə son qoyub.
Bu barədə apasport.az saytına açıqlama verən Hüseynov bildirib ki, qərarının bir neçə səbəbi var: “Hazırda Rusiya çempionatında fasilə yaranıb. Mən Moskvada olsam da, klubsuzam. “Ximki”dən ayrılmağımın bir neçə səbəbi var. İlk növbədə orada ciddi zədə aldım. Əməliyyat olunduqdan sonra sağalsam da, bu zədə bir müddət futboldan ayrı qalmağımla nəticələndi. Belədə onların mənimlə bağlı planları dəyişdi”.
Hüseynov bildirib ki, karyerasını yenidən Rusiyada davam etdirə bilər: “İndi hamı kimi, mən də istirahət edirəm. Yanvarda yenidən bir rus klubu ilə anlaşa bilərəm. Amma bu, bir ehtimaldır. Hər halda, indiki vəziyyətdə burada oynamağım daha məqsədəuyğundur”.
Qeyd edək ki, Hüseynov vaxtilə ölkənin ən istedadlı futbolçularından sayılıb. Karlos Alberto Torresin vaxtında mütəmadi olaraq, yığmaya dəvət alan Hüseynov elita klublarından “Şəmkir”, “Xəzər Lənkəran”, “Gəncə”, “Masallı”, “Qəbələ”, “Olimpik”, “Muğan”ın formasını geyinib.

- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
- Arda Güler mövsümü başa vurdu: DÇ-DƏ ÇIXIŞ EDƏ BİLƏCƏK?
0
0