Yığmamızın 4-cü sınağı
14.12.2011 - 12:27
Sabah Azərbaycan milli komandası futzal üzrə DÇ-2012-nin seçmə mərhələsində mübarizəyə başlayacaq. Apasport.az saytının məlumatına görə, Avropa zonasının Bakıda keçiriləcək V qrupunun oyunlarında çıxış edəcək yığmamız tarixində 4-cü dəfə mundiala vəsiqə üçün yarışacaq. İlk 3 dünya çempionatından kənarda qalan yığmamız ardıcıl 4-cü dəfə buna cəhd edəcək. Xorvatiya, Kipr və Çexiyadakı seçmə mərhələlərdə uğursuz çıxış edən millimiz istəyini doğma divarlar arasında gerçəkləşdirməyə çalışacaq. Son 2 cəhddə qrup 2-cisi olan yığmamız bu dəfə həmin nəticəni təkrarlamaqla da pley-offa yüksələcək. Lakin belə olan halda həmin mərhələdə digər 6 qrupdan birinin qalibi ilə üz-üzə gələcək. Bu üzdən 1-ci yeri hədəfləyən millimiz Makedoniya, Xorvatiya və Ukrayna ilə mübarizədə qalib gəlməyə çalışacaq.
| N | il | bizimkilər | KOMANDA | YER | O | Q | H | M | TOP | X |
|---|---|---|---|---|---|---|---|---|---|---|
| 1 | 1989 | iştirak etməmişik | - | - | - | - | - | - | - | - |
| 2 | 1992 | iştirak etməmişik | - | - | - | - | - | - | - | - |
| 3 | 1996 | iştirak etməmişik | - | - | - | - | - | - | - | - |
| 4 | 2000 | seçmə mərhələ (Xorvatiya), IV qrup | 5 | III | 4 | 1 | 1 | 2 | 19-22 | 4 |
| 5 | 2004 | seçmə mərhələ (Kipr), VII qrup | 3 | II | 2 | 0 | 1 | 1 | 5-10 | 1 |
| 6 | 2008 | seçmə mərhələ (Çexiya), VI qrup | 4 | II | 3 | 2 | 0 | 1 | 15-6 | 6 |
| 7 | 2012 | seçmə mərhələ (Azərbaycan), V qrup |
0
0