Milli komandamızın 10-cu oyunu: 40-cı qol və qisas üçün
14.12.2011 - 13:08
Futzal üzrə Azərbaycan milli komandası sabah növbəti rəsmi oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, DÇ-2012-nin seçmə mərhələsində yığmamızın ilk rəqibi Xorvatiya olacaq. Bu görüş millimiz üçün həm əlamətdar, həm də prinsipial xarakter daşıyır.
DÇ-nin seçmə mərhələlərində 3 dəfə çıxış edib, 9 matça çıxan millimiz yubiley 10-cu qarşılaşmasını keçirəcək. Bu görüşlərdə 3 qələbə və 2 heç-heçəsi olan komandamız 4 dəfə uduzub. Qələbə həm də bu balansda tarazlıq yaradacaq.
Arxada qalan 9 oyunda 39 qol vurub, 38-ni buraxan futzalçılarımızın Bakıda vuracağı ilk qol 40-cı olacaq. Əslində, qrupumuzda Makedoniya kimi zəif rəqibin olması millimizin 50-yə də çatacağından xəbər verir. Təbii ki, buraxılan qolların sayının da 40-a çatması mümkündür.
Yığmamız sabahkı rəqibi ilə artıq 1 dəfə seçmə mərhələdə üz-üzə gəlib. 11 il əvvəlki matçda meydan sahibi olan sabiq yuqoslaviyalılar asan qələbə qazanıblar – 5:1. Həmin vaxt DÇ-yə vəsiqə qazanan rəqibdən qisas almaq və gələn ilki Avro-2012-nin təşkilatçısına DÇ seçmə mərhələsində zərbə vurmalıdır.
DÇ-00 (seçmə mərhələ - Xorvatiya)
28.02.2000 Gürcüstan 6:6
29.02.2000 Yunanıstan 8:3
02.03.2000 Çexiya 4:8
03.03.2000 Xorvatiya 1:5
DÇ-04 (seçmə mərhələ - Kipr)
05.11.2003 Polşa 1:6
07.11.2003 Kipr 4:4
DÇ-08 (seçmə mərhələ - Çexiya)
28.02.2008 Ermənistan 9:1
29.02.2008 Finlandiya 4:2
02.03.2008 Çexiya 2:3
DÇ-12 (seçmə mərhələ - Azərbaycan)
15.12.2011 Xorvatiya
16.12.2011 Makedoniya.
18.12.2011 Ukrayna

0
0