Çin yığması Azərbaycanla oynamaqdan imtina etdi
14.12.2011 - 12:52
Çin yığması Azərbaycanla oynamaqdan imtina etdi
Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçiriləcək XXIV ənənəvi beynəlxalq turnirdə Azərbaycan milli komandasının rəqiblərindən biri olan Çin yığması yarışdan imtina edib. Apasport.az saytının məlumatına görə, təşkilatçılar Asiya təmsilçisinin əvəzinə yarışa ev sahibliyi edəcək şəhərin komandasının oynamasını məqsədəuyğun sayıblar.

Belə ki, B qrupunda yer alan 1994-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi Finlandiya ilə bərabər, Sankt-Peterburq yığması ilə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, 2012-ci il yanvarın 4-dən 10-dək baş tutacaq turnirdə 4 qrupda 12 komanda mübarizə aparacaq.