Kaxaber Sxadadze: “Neftçi”ni məğlub etmək üçün yaxşı stimul var
14.12.2011 - 15:14
Premyer Liqanın XVII turunun “Neftçi” ilə oyunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis Azərbaycan çempionatlarında indiyədək 49 qələbəyə sevinib.
“Standard”ın baş məşqçisi kimi 26 oyunda 11 dəfə 3 xala sevinən Sxadadze, “İnter”dəki 80 çempionat matçının 38-də də bu hissi yaşayıb. Ümumilikdə, Premyer Liqadakı 106 qarşılaşmada iş başında olan çalışdırıcı 107-ci görüşdə qələbə sayını 50-yə çatdırmaq arzusundadır. Bu yubiley “İnter” üçün “Neftçi” ilə görüşdə əlavə stimuldur.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız 15 baş məşqçi 50 və daha çox qələbə qazanıb. Bu mütəxəssislər sırasında hələlik yalnız 1 əcnəbi – Valentin Xodukin var.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0